Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və Azərbaycanın nəqliyyat strategiyası - MƏQALƏ

Heydər Əliyev və Azərbaycanın nəqliyyat strategiyası -  MƏQALƏ

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikası inamla həyata keçirilən Heydər Əliyev strategiyası nəticəsində beynəlxalq aləmə sürətli inteqrasiya yolunda önəmli uğurlar qazanan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik dövlət kimi tanıyır. Dövlət başçımızın təcrübəsi, yüksək idarəçilik məharəti sayəsində Azərbaycanın əldə etdiyi siyasi-iqtisadi uğurlar dünya ölkələri tərəfindən öyrənilir. Təbii ki, bu zirvəyə gəlib çatmaq o qədər də asan olmayıb.

Azərbaycan Respublikasının tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda inkişaf modelini, tərəddüdsüz olaraq Heydər Əliyev Modeli adlandıra bilərik. Ona görə ki, istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində əldə edilən bütün uğurlarımız Ulu Öndərin əvəzsiz zəhməti və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir.

2023-cü ildə müstəqil Azərbaycan dövlətinin memarı, bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il ötür. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov yüzlərlə kitaba sığmayan bu illərin iqtisadi nəticələrini nəqliyyat sektorunun timsalında nəzərdən keçirib. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın nəqliyyat sistemi keçmiş SSRİ dövründə

Bütün dövrlərdə nəqliyyat iqtisadi tərəqqinin lokomotivi olub. Ona görə ki, nəqliyyat resursların bölüşdürülməsinin, mövcud xammal potensialının dövriyyəyə cəlb edilməsinin, hazır məhsulların istehlakçılara çatdırılmasının və s. başlıca vasitəsi kimi çıxış edir. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin ardıcıl diqqət və qayğısı sayəsində Azərbaycanda nəqliyyat sektoru da xeyli təkmilləşib, inkişaf edib. Sahəyə göstərilən diqqətin nəticəsi olaraq 1970-ci ildə Azərbaycan SSR-də nəqliyyat və rabitəyə 147 milyon manat, 1982-ci ildə isə 214 milyon manat əsaslı vəsait qoyulub və 1970-1982-ci illərdə nəqliyyat sahəsində əsas fondların artımı 79 faiz təşkil edib. Bu illər ərzində baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatıb, 372 ədəd yeni yoldəyişdirici quraşdırılıb.

XX əsrin 70-ci illərində Heydər Əliyevin tövsiyəsi ilə Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Xanabad) istifadəyə verilib. Elə bu illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olunub. 1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olub. O cümlədən avtomobil nəqliyyatının infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində 1970-1982-ci illərdə avtomobillə yük dövriyyəsi 4824 milyon ton və ya 2,3 dəfə artıb. Oxşar mənzərə, hava və su nəqliyyatında da müşahidə edilib, hər iki növ üzrə sərnişin və yük daşınması, eləcə də dövriyyəsində ciddi artımlara nail olunub. Bütövlükdə XX əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

“Əsrin müqaviləsi” ilə başlanan dinamika

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etdi və Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə mövcud tənəzzülü dayandırdı, tezliklə tərəqqiyə nail olundu. Bu istiqamətdə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” xüsusilə diqqəti cəlb edir. ‎Məlumdur ki, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində Xəzər ‎dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq ‎müqavilə imzalanıb. Bununla da, milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan, bütün sahələrdə əldə edilən uğurların əsas təkanvericisi olan “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Onu da qeyd edək ki, bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənərək 1994-cü il dekabrın 12-də qüvvəyə minib. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin müqaviləsi” adlandırılan bu layihə üzrə ‎ilkin neft 1997-ci il noyabrın 12-də hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya ‎qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. “Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya ‎bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-‎Novorossiysk və ‎Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan ‎yataqlar üzrə illik hasilatın 50 ‎milyon tona çatdırılacağını nəzərə alan ‎Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə ‎imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-‎Tbilisi-Ceyhan (BTC) əsas ‎ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin ‎həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə ‎alan layihə iştirakçıları 2004-‎cü ildə BTC əsas ixrac boru kəmərinə dahi şəxsiyyətin adının verilməsi ‎barədə qərar qəbul etdilər. Beləliklə də “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

İqtisadi uğurlar “Böyük İpək Yolu”nun bərpası konfransı ilə daha da möhkəmləndi

Təbii ki, ölkəmizdə nəqliyyat sisteminin formalaşdırılmasında istər ayrı-ayrı ölkələrin təcrübəsi, istərsə də ümumilikdə beynəlxalq layihələrin tələbləri nəzərə alınaraq davamlı işlər həyata keçirildi. Keçmiş SSRİ dağıldıqdan sonra müttəfiq respublikaları arasındakı əlaqələrin pozulduğunu, respublikaların iqtisadiyyatının, ayrı-ayrı sahələrinin iflic vəziyyətə düşdüyünü nəzərə alsaq, həyata keçirilən proqramlar vasitəsilə dövlətlərarası əlaqələrin formalaşmasının, dövlətlərin bir-birinə inteqrasiyasının nə qədər əhəmiyyəti olduğu məlum olar. Bu baxımdan 1998-ci il sentyabrın 8-9-da 32 ölkənin və 13 beynəlxalq təşkilatın iştirakı ilə “Böyük İpək Yolunun Bərpası” mövzusunda keçirilən Beynəlxalq Bakı Konfransının qərarı ilə bərpa edilən Böyük İpək Yolunun (BİY), ümumilikdə TRASECA proqramının, eləcə də Şimal-Cənub layihəsinin, Bakı-Tbilisi-Ceyhan layihəsinin, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, milli iqtisadiyyatın inkişafında, o cümlədən nəqliyyat sisteminin inkişafında mühüm əhəmiyyəti var. 1993-cü ilin may ayında Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə təşkil edilmiş konfransda TRASECA Proqramının (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşəbbüskarlarından biri də məhz Azərbaycan Respublikası olub. Konfransın yekununda TRASECA Proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRASECA Proqramı çərçivəsində, eləcə də Proqramdan irəli gələn Əsas Çoxtərəfli Sazişin hədəflərinin reallaşdırılması məqsədilə ölkəmizdə çoxsaylı və genişmiqyaslı layihələr həyata keçirilib. Xüsusilə, 1998-ci ildən sonra ardıcıl şəkildə icra olunan proqram və layihələr nəticəsində milli nəqliyyat sisteminin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Həyata keçirilən proqram və layihələrin başlıca məqsədi ölkəmizdə yük axınlarının səmərəli təşkilinə nail olmaq, infrastruktur təminatı təkmilləşdirməklə yük cəlbediciliyini artırmaq, multimodal daşımalara imkan verən infrastruktur təminatı yaratmaq və bununla da nəqliyyat-tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməkdir.

TRASECA Proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasına beynəlxalq nəqliyyat dəhlizlərinin inşası və müasir infrastruktur təminatının formalaşdırılması məqsədilə təxminən 20 milyon avro həcmində dəstək verilib. Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək TRASECA Proqramında nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə reallaşdırılması məqsədilə 255 milyon ABŞ dolları həcmində kredit cəlb edib. Ümumilikdə, istər TRASECA Proqramı, istərsə də onun tərkib hissəsi olan Böyük İpək Yolunun bərpa edilməsi XXI əsrin ən mühüm, qlobal əhəmiyyətə malik proqramlarından biri kimi dəyərləndirilir. BİY Qara və Xəzər dənizlərindən keçməklə Avropa və Asiyanı birləşdirərək 54 ölkəni əhatə edir. Sevindirici haldır ki, belə bir iri regional proqramın - TRASECA Proqramının Daimi Katibliyi Bakı şəhərində yaradılıb.

Azərbaycan Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşağına çevrilir

Nəqliyyat sektorunun inkişafı Prezident İlham Əliyevin dövründə də daim diqqət mərkəzində olub və bu sahəyə irihəcmli investisiyalar yatırılıb. Ümumiyyətlə, milli iqtisadiyyatın tarazlı regional və sahəvi inkişafını təmin etmək istiqamətində ardıcıl işlər aparılıb. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Heydər Əliyevin öz xalqına ən böyük xidmətlərindən biri də memarı olduğu müstəqil Azərbaycan dövlətini taleyin, təsadüfün ümidinə buraxmaması, özünün siyasət məktəbində Azərbaycan dövlətinin dinamik inkişafını, bu inkişafın davamlılığını təmin edən qətiyyətli lider, qüdrətli dövlət xadimi yetişdirməsidir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyası bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dinamizmlə davam etdirilir. Dövlətimizin başçısının xüsusi diplomatik məharətlə həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasət Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarının qorunmasına və ölkənin demokratik inkişafına xidmət edir. 2003-cü ildə İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda da proqram təminatlı inkişafın əsasını qoydu. Bütün ölkə ərazisini əhatə edən sahəvi və regional proqramlar qəbul edilərək uğurla icra olundu. İnfrastruktur təminat təkmilləşir, yeni yollar çəkilir, müvafiq beynəlxalq əməkdaşlıq güclənir, şaxələnir. “Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” ,- deyən dövlətimizin başçısının rəhbərliyi ilə “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və s. müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramlar uğurla həyata keçirilib.

Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası, nəhayət 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. Artıq 5 ildən çoxdur istifadəyə verilən BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.

Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars Azərbaycan Respublikasını əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib və bu yol ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.

Yaradılan müasir infrastruktur nəqliyyat tranzit-logistika xidmətlərini büdcənin əsas gəlir mənbəyinə çevirəcək

Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi, infrastruktur təminatın təkmilləşdirilməsi olub. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icrası ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb. Azərbaycanın nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsi, texniki yenilənmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyənləşdirilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilib. Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkana çevrilib ki, bu da nəinki regionda, o cümlədən bütövlükdə Avroatlantik məkanda əhəmiyyətlidir.

Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi isə regional əməkdaşlığı daha da sürətləndirir. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilib. Bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının dəstəyi sayəsində nail olunub.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən və 4 hektara yaxın ərazidə tikilən Ələt terminalı isə ölkəmizin nəqliyyat-tranzit və logistika imkanlarını daha da artıracaq. Ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi (Ələt) ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Eyni zamanda, Azərbaycanın əsas dəmir yolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edərək regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.

Azərbaycanın Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşməsi əlavə biznes imkanları yaradır

Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa arasında həlledici ölkəyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrin də rəvac verdiyi bir sıra səbəblərdən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Bir sıra önəmli üstünlüklərə malik Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşınmalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Çindən Avropaya gedən yük qatarı Orta Dəhliz ilə 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu göstərir. Eyni qatar, Cənub dəhlizi üzrə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. İstər dəniz, istərsə də dəmir yolu üzərindən daşınmalarda Orta Dəhliz zaman və məsafə baxımından daha səmərəlidir ki, bu da daşınma xərclərinin daha az olması ilə dəhlizin cəlbediciliyini artırır. Dəhliz boyunca daşınmaların artımı isə, öz növbəsində, iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan verəcək. Bu isə o deməkdir ki, Orta Dəhliz iştirakçı ölkələrə, yalnız nəqliyyat-tranzit gəlirləri vəd etmir, həm də iqtisadi tərəqqinin təkanverici bir qüvvəsinə çevriləcək.

Onu da qeyd edək ki, yaxın gələcəkdə Ələt terminalında Azad İqtisadi Zonanın yaradılması da reallaşacaq. Bu da ölkəmiz üçün uzunmüddətli iqtisadi perspektivlər vəd edir. Coğrafi əhatə baxımından isə Orta Dəhliz, həm də Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərini birləşdirən bir arteriyadır. Dəhliz üzərindən daşınmalar iqtisadi tərəqqiyə dəstək verməklə yanaşı, həm də digər sahələrdə inteqrasiyanı sürətləndirəcək ki, bu da dəhlizin strateji əhəmiyyətini yüksəldir. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Orta Dəhliz marşrutu ilə daşınan yüklər, həm də Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Eyni zamanda, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şərqi Zəngəzur regionunda da dəhlizin inkişaf etdirilməsi perspektivləri mövcuddur. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək. Bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq. Beləliklə, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nəqliyyat strategiyasının timsalında aparılan araşdırmalar deməyə əsas verir ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndərin bu arzusu da çin olmaqdadır. Müasir dövrün reallıqları isə hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik”, - deyən Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasətçi olmasının danılmaz reallığıdır. Artıq Azərbaycan nəinki nəqliyyat-tranzit-logistika xidmətləri ilə, eləcədə enerji təminatı və təhlükəsizliyindəki əhəmiyyətli yeri ilə yaşıl enerji mənbəyi kimi Avropanın aparıcı dövlətinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanmsı üçün süni intellektə əsaslanan yeni üsul işləyibllər

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK

Mahirə Hüseynova: Azərbaycan–Özbəkistan müttəfiqliyi təhsil əlaqələrinin inkişafına yeni imkanlar yaradır MÜSAHİBƏ

Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər

Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır

Auditoriyada keçən ömür

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb

Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır

Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir

Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar