“Huawei” Portuqaliyanın ümumi daxili məhsuluna 50 milyon avroluq iqtisadi təsir göstərib
Lissabon, 4 noyabr, AZƏRTAC
Çinin “Huawei” şirkəti 2018-ci ildə Portuqaliyanın ümumi daxili məhsuluna (ÜDM) 50 milyon avro, bütün Avropa üzrə ÜDM-ə isə 12,8 milyard avro məbləğində təsir göstərib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Oxford Economics” konsaltinq şirkətinin məlumatına görə, “Huawei” Portuqaliyada 90 milyon avro məbləğində vergi ödəyib və ölkədə 900 iş yeri yaradıb.
“Oxford Economics”in məlumatı Parisdə keçirilən “Huawei” İnnovasiyalar Günündə təqdim edilib.
Hesabata görə, Portuqaliya Çin şirkətinin Avropada iqtisadi təsir göstərdiyi əsas ölkələrindən deyil. Bu siyahıda Macarıstan liderlik edir. Macarıstanda “Huawei”dən ÜDM artımı 0,39 faiz təşkil edib. Həmin göstərici İsveçrədə 0,16 faiz, Böyük Britaniyada 0,14 faiz, Rumıniyada 0,13 faiz, Finlandiyada 0,12 faiz, Niderland, İsveç və Litvada 0,10 faiz, Almaniya və Bolqarıstanda 0,09 faiz təşkil edib.
“Huawei”nin Çinin hüdudlarından kənarda ən iri bazarı Avropadır. Şirkət 5G mobil internet texnologiyasının inkişafı sahəsində liderlərdən biridir və onun 50 lisenziyasından 28-i Avropa operatorları üçün işləyir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [12:31]
Çin Qırğızıstan və Vyetnam vətəndaşlarına 240 saat tranzit vaxtı verib
- 20.08.2026 [11:31]
İsveçdə qızılca epidemiyası yayılır
- 20.08.2026 [10:43]
ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir
- 20.08.2026 [10:38]
Birləşmiş Ştatların neft ehtiyatları artır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub
- 19.08.2026 [22:12]
Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb
- 19.08.2026 [22:08]
Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb
- 19.08.2026 [21:54]
III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub
- 19.08.2026 [21:44]