DÜNYA


İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb

Tehran, 17 avqust AZƏRTAC

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Sənaye və ticarət nazirinin müavini Abbas Qubadi məlumat verib.

O bildirib ki, İranın düyü ixracına müvəqqəti qadağa qoymasına səbəb yerli fermerlərin inkişaf etməsi ilə bağlıdır. Lakin ABŞ-ın sanksiyaları İranda iqtisadiyyatın çəltikçilik sahəsinə təsir edib. Sanksiyalara görə ixrac imkanları məhdudlaşıb, buna görə də, fermerlər çəltik əkini sahələrini azaldıblar. Bu isə ölkədə düyünün qiymətinin artmasına səbəb olub. Qiymətlərin sabit saxlanılması üçün hökumət düyü ixracını müvəqqəti qadağan edib.

Xatırladaq ki, düyü İran mətbəxtinin ayrılmaz sərvətidir. İran ildə 3 milyon ton düyü istehlak edir. Ölkədə isə yalnız 2,5 milyon ton düyü istehsal olunur. Qalan 500 min ton isə Hindistan və Çindən edilən düyü idxalı hesabına ödənilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.