İranın daha bir şirkəti sanksiyaya məruz qalıb
Tehran, 21 may AZƏRTAC.
ABŞ İranın “PAYMENT24” şirkətini və onun rəhbəri Seyid Sədcad Şəhidianın adını sanksiyalar siyahısına əlavə edib.
AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın Minnesota ştatının prokurorluğu şirkəti və onun rəhbərini çirkli pulların yuyulmasında, dələduzluqda və sanksiya rejimini pozmaqda ittiham edib. Şirkətin bir sıra ölkələrdə ofisləri var. Lakin onun baş ofisi Tehranda yerləşir və filiallara göstəriş də məhz baş ofisdən verilir.
Nəzərə çatdırılıb ki, Böyük Britaniyada həbs olunan S.S.Şəhidian ABŞ-a verilib. Şirkət rəhbərinin əməkdaşlıq etdiyi Vahid Vəli adında şəxs də axtarışdadır. Onun harada olmasını ABŞ-ın hüquq-mühafizə orqanları hələlik müəyyən edə bilməyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [22:30]
Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir
- 11.05.2026 [22:21]
Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb
- 11.05.2026 [20:18]
BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub
- 11.05.2026 [20:11]
Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır
- 11.05.2026 [18:07]
Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar
- 11.05.2026 [17:44]
Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub
- 11.05.2026 [17:40]