İsmayıllıda 310 tondan çox fındıq yığılıb
İsmayıllı, 11 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda fındıq yığımı başa çatıb və bağlardan 313 ton məhsul yığılıb. Bu, ötən il toplanan məhsuldan 26 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda 2095 hektar fındıq bağı var. Bağların 80 hektarı bar verir. Cari mövsümdə bağbanlar bol məhsul yetişdiriblər. Rayonda daha çox fındıq bağları olan Topçu, Qalınçaq kənd, İsmayıllı şəhər icra nümayəndəliklərinin ərazilərində bu il bol məhsul tədarük edilib.
Yığılan fındıq yerli bazarlarda satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]