İstanbul şəhərinin tarixi divarları bərpa edilir
İstanbul, 23 noyabr, AZƏRTAC
İstanbulun rəmzlərindən biri hesab edilən qədim divarları bərpa edilir.
AZƏRTAC xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilən divarlar 1985-ci ildə UNESKO-nun Dünya Maddi İrs Siyahısına salınıb.
Eramızın V əsrində - Şərqi Roma imperiyası dövründə inşasına başlanılan şəhər divarları tarixin izlərini günümüzədək qoruya bilib. İstanbulun fəthinin rəmzlərindən olan qala divarları dünyanın ən uzun tarixi abidələri siyahısında yer alır. Təxminən 20 kilometr 520 metr uzunluğu olan tarixi divarlar xəndək, quru, xarici və daxili divar olmaqla üç hissəyə bölünür.
Hazırda tarixi abidənin təxminən 7 kilometrlik hissəsi bərpa edilir. Bərpa işlərinin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]