REGİONLAR


İvanovkanın göz oxşayan taxıl zəmiləri FOTOLENT

Bakı, 1 may, AZƏRTAC

İsmayıllı rayonunun İvanovka qəsəbəsindəki Nikitin adına kolxozun taxıl zəmiləri göz oxşayır. Bu təsərrüfat Azərbaycanda sovetdən qalma yeganə kolxoz tipli təsərrüfatdır.

Taxılçılıq İvanovkada aqrar sektorun əsas sahələrindəndir və cari ilin məhsulu üçün 3725 hektarda buğda və arpa əkilib. Əkin sahələri ötən ildəkinə nisbətən 450 hektar artırılıb. Sahələrə yüksək məhsuldarlıq üçün lazımi aqrotexniki qulluq göstərilir. Mütəxəssislər builki mövsümdə zəmilərin hər hektarından 35 sentner məhsul götürmək əzmindədirlər.

AZƏRTAC fotoqraf Elxan Qəniyevin İvanovkanın taxıl zəmilərindən çəkdiyi fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.