REGİONLAR
Kəngərli rayonunda yaşayan müharibə veteranlarına peşəkar tibbi xidmət göstərilib
Kəngərli, 21 avqust, AZƏRTAC
Kəngərli Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən müharibə iştirakçılarına baş çəkilib, onlar tibbi müayinələrdən keçiriliblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ehtiyacı olanlara müalicələr təyin edilib. Həmçinin həkimlər onlara tibbi məsləhətlər və dərman preparatları veriblər.
Qeyd edək ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu tədbirlər muxtar respublikanın müxtəlif rayonlarında yaşayan müharibə veteranlarına peşəkar tibbi xidmətin təşkili ilə davam etdirilir.