Latviyada növbəti tədris ili üzrə təqaüdlə təhsil almaq imkanı
Bakı, 9 mart, AZƏRTAC
Latviya Respublikası hökuməti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan olunmuş təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək. Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.
Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində təhsilə dair əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]