Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər

Bakı, 11 fevral, AZƏRTAC

Qeyri-səlis məntiq riyaziyyatın, azərbaycanlı riyaziyyatçı Lütfi Zadənin təklif etdiyi klassik məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ümumiləşdirilməsinə əsaslanan bir qoludur. Klassik məntiqi məsələlərdə qiymətlər 1 və ya 0 olmalıdırsa, 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüş qeyri-səlis məntiqə görə məsələlərdə qiymətlər [0;1] intervalında olur. İlk dəfə 1930-cu ildə çoxqiymətli məntiq sisteminin klassik məntiqdən fərqlənən variantını təklif edən məntiqçilərdən biri Polşa riyaziyyatçısı Yan Lukasieviç olub. Bu məntiq üç qiymətli - “yanlış”, “doğru” və “imkan” olmaqla Aristotel məntiqindən fərqlənirdi. Daha sonra “qeyri-səlis məntiq” termini “İnformatika və idarəetmə” jurnalında çap olunmuş “Qeyri-səlis çoxluqlar” əsərində professor Lütfi Zadə tərəfindən təqdim edilib. Buna görə də Lütfi Zadə haqlı olaraq qeyri-səlis məntiqin atası hesab olunur.

Bu fikirlər Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Rusiya Federasiyası, Dubna şəhəri) böyük elmi işçisi fizika üzrə fəlsəfə doktoru Elmar Əsgərov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentinin xidmətinin baş mütəxəssisi Günel Məmmədovanın həmmüəllifi olduqları “Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər” adlı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ümumiyyətlə, idrak elmi olan məntiq onun yaradıcısı Aristotelin “Bir adamın dediyi ya doğrudur, ya yalan” fəlsəfi deyimi üzərində qurulub. Aristotel “yalan” və “doğru” kimi kateqoriyalar arasında qalan aralıq dərəcələri nəzərə almayıb. İlk dəfə dünyada Lütfi Zadə hər şeyin dərəcəsinin olduğunu sübut edərək göstərib ki, real dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən bir şey yoxdur. Bu iki məfhum (sərhəd) arasında real olaraq sonsuz sayda çalar dəyişikliyi - aralıq fazalar vardır. Problemlərin həll olunmasında, həqiqətin aşkarlanmasında hesablamalar nəticələrin etibarlılığı üçün aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz. Aparılmış olsa belə onlarda kifayət qədər qüsurlar və xətalar mövcud olacaq.

Qeyri-səlis məntiq mürəkkəb texnoloji proseslər üçün idarəetmə sistemlərinin qurulmasının ən əlverişli üsulu kimi meydana çıxıb, həmçinin məişət elektronikasında, diaqnostika və digər ekspert sistemlərində tətbiqini tapıb. Nəzəriyyənin tətbiqinə ehtiyac elektron cihazların, maşınların robotlaşdırılmasına - “intellektuallaşması”na artan ehtiyacdan qaynaqlanıb. Texnologiyanın müasir inkişafı üçün insanla adekvat şəkildə qarşılıqlı əlaqə qura bilən həqiqi “ağıllı” sistemlər yaratmaq, qeyri-müəyyən həyat ifadələrini aydın və formal riyazi düsturların dilinə çevirə bilən yeni riyazi aparata ehtiyac var idi. Qeyri-səlis məntiqin, hava sistemləri qurğularının idarəetmə sistemlərindən tutmuş statistik proqnozlaşdırılmalara, hətta siyasəti münasibətlərə qədər bir sıra perspektivli tətbiqləri mümkün olub.

Banisi Aristotel hesab olunan klassik məntiqin bir əhəmiyyətli çatışmazlığı vardı ki, onun köməyi ilə insanın assosiativ düşüncəsini təsvir etmək mümkün deyil. Klassik məntiq hər hansı aralıq dəyərlər istisna olmaqla, yalnız iki anlayışla işləyir: doğru və yalan. Bu, sadə həyat tərzi üçün “bəli” və “yox”dan başqa sualları cavablandırmırdı, ətrafımızdakı bütün dünyanı yalnız ağ-qara rəngdə təsəvvür edirdik. Aristotelin davamçıları olan filosoflar, riyaziyyatçılar və fiziklər hesab edirdilər ki, hər bir arqument ya doğrudur, ya da yanlışdır.

XX əsr riyaziyyatının ən böyük nailiyyətlərindən biri olan qeyri-səlis məntiqdən sonra insan təfəkkürünə və bizi əhatə edən dünyaya, kvant dərinliklərində və meqa aləmdə hələ də tam dərk edə bilmədiyimiz dünyagörüşü prizmasından baxılır. Yəni riyaziyyat dünyasından ətrafımızdakı real dünyaya qayıdanda qeyri-səlisliyin hökm sürdüyü aləmdə, elmə məlum olmayan, riyazi dildə verə bilmədiyimiz bir çox məsələlər hələ də həllin tapmamış qalır. Qeyri-səlis məntiqin ən maraqlı tərəfi çoxlu müxtəlif əlaqə yaratmaq qabiliyyətidir, daha konkret desək, qeyri-səlis məntiq bizə dərk etdirib ki, kainatın sərhədləri düşündüyümüz kimi yox, daha geniş və rəngarəngdir. Bu isə o deməkdir ki, dünyanı təsvir etmək üçün yalnız iki - qara və ağ əvəzinə “bozun bütün çalarları”nı nəzərə almaq mütləqdir. Qeyri-səlis məntiq bu problemi həll edərək həyatımızı rəngarəngləşdirdi və yeni ideyaların yaranmasına təkan verdi. Qeyri-səlis məntiqin dili klassik məntiqdən fərqli olaraq ağ-qara, uzaq-yaxın, soyuq-isti və s. məişətdə tez-tez qarşılaşdığımız sifətlərin növbəli dərəcələrinin (ağappaq - ağ -...boz...- qara - qapqara kimi) istifadəsinə əsaslanır, yəni bu məntiqin əsas prinsipi deyir ki, hər şey dərəcədən asılıdır və müqayisə yolu ilə öyrənilir.

Nəzəriyyəni kompüterlərdə istifadə etmək üçün linqvistik dəyişənlərdən elektron cihazlarda onların ədədi analoqlarına keçmək üçün riyazi çevrilmələrdən istifadə olunur. Təəccüblü deyil ki, təfəkkürümüz zərrəciklərdə baş verən, yəni mikro aləmdəki prosesləri tam təsvir etmək iqtidarında deyil, çünki Heyzenberq sübut edib ki, kvant mexanikasında bizim heç vaxt bilməyəcəyimiz bəzi şeylər var ki, tanınmazdır. 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-zərrəcik ikili xassəsinin materiyanın bütün zərrəciklərinə - elektrona, protona, neytrona, atomlara və s. xas ola biləcəyi hipotezini irəli sürüb. Onun ideyasına görə, ixtiyari zərrəcik enerji və impulsa malik olarsa, bu halda həmin zərrəcik hərəkət tezliyi enerji ilə düz, Plank sabiti ilə tərs mütənasib olan dalğaya uyğun gəlir. Hipotez ingilis fiziki C.Tomson, Amerika fiziki K.Devisson və komandaları tərəfindən elektronların kristal qəfəsdən difraksiyası təcrübələri nəticəsində təsdiqlənib. Bu hadisədən sonra 1927-ci ildə Verner Heyzenberq tərəfindən irəli sürülən, klassik mexanikaya və deterministik düşüncələrə qarşı yeni elmi istiqamətin - kvant fizikasının yaranmasına heç bir şübhə yaratmadı. Kvant fizikasının əsasını təşkil edən Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və koordinatı, o cümlədən enerjisi və zamanı eyni anda tam dəqiqliklə ölçülə bilməz. Qeyri-müəyyənlik prinsipini ümumiləşmiş şəkildə anlamaq üçün klassik fizikadan fərqli olaraq, kvant fizikasında hər bir fiziki kəmiyyətə uyğun gələn real, dəqiq ölçülə bilən parametr deyil, birehtimallı, dəqiq təyin edə bilməyəcəyimiz kəmiyyətlərin uyğun olmasını dərk etmək lazımdır. Bu kəmiyyətlər klassik mexanikadan fərqli olaraq say qiymətləri ilə yox, matrisalar vasitəsilə təmsil olunur. Bu, onunla əlaqədardır ki, mikro aləmdə materiyaya düşündüyümüz kimi zamanın hər hansı anında enerjisi və impulsu olan zərrəcik kimi deyil, həm də tezliyi və dalğa ədədi olan dalğa kimi baxılmalıdır. Bu prinsip elm dünyasını heyrətə gətirib. Belə ki, bir cismə daha yaxından baxmaq daha az görə bilməyimizi dərk etdirib. Şüurumuzdakı materiya haqqında məntiqin qeyri-müəyyən olduğunu göstərib ki, bir şey haqqında tam məlumatımız olsa belə, 100 faiz əminliklə bu barədə açıqlama verə bilmərik. Yəni bir hissəciyin bir xüsusiyyəti nə qədər dəqiq ölçülürsə, digər xüsusiyyəti haqqında daha az məlumatlı olacağıq. Heyzenberq göstərdi ki, materiyanın həqiqiliyi dərəcə məsələsidir və dünya çoxqiymətli məntiqlə, ağ, qara və bizə məlum olmayan qeyri-müəyyən, “bozun çalarları” ilə rəngarəngdir. Bu yeni fikirlər elm adamlarını şübhə altına saldı və hələ də elmin inkişafına təsir edən bu kəşfin tam dərk olunmamasına səbəb, o dövrdə əlimizdə yeganə riyazi aparat olan ehtimal nəzəriyyəsi vasitəsilə şübhələri qismən riyazi formaya salmaq idi. Belə ki, ağ-qara reallığından boz həqiqətə keçmək əvəzinə qeyri-müəyyənlik prinsipi ehtimalı ya var ya yox “həqiqətində” qərarlaşdı: hamısı və ya heç biri. Əslində isə həyatda heç nə heç vaxt qeyri-səlis olmayacaq, əsasən də riyazi dildə yazıla bilən hər şey. Ona görə ki, bu dünyada Allah hər şeyi elmi ilə əhatə edib və qeyri-səlisliyə heç bir yer qoymayıb. Sadəcə olaraq, bizim anlamadığımız, təfəkkürümüzün dərk edə bilmədiyi şeylərə qeyri-müəyyən adı veririk. Məsələn, klassik məntiqə görə istiyə 1, soyuğa 0 desək temperaturun 30 dərəcə Selsidə olması, Aristotel məntiqi nəticəsi etibarı ilə “birdirmi?” ya “sıfırdırmı?” sualı qeyri-müəyyən olacaq, cismin hansı temperaturdan sonra isti və ya hansı temperaturda soyuq olduğu bizim üçün qeyri-səlisdir. Temperatur şkalası konkret olaraq cismin hansı vəziyyətdə olması haqqında dəqiq məlumat verir və qeyri müəyyənliyi aradan qaldırır.

Real dünya qeyri-müəyyənliklərlə doludur, bu baxımdan mülahizələr adətən nə aydın şəkildə 1, nə də aydın şəkildə 0 qiyməti alır. Elmdə demək olar ki, bütün hadisələr, nəzəriyyələr klassik məntiqlə - ikiqiymətli məntiqlə, yəni rasional təfəkkürlə izah olunub və hələ də bu düşüncədə qalmağımız, elmdə yaşadığımız durğunluğun nəticəsidir ki, mikro dünyanın və meqa aləmin öyrənilməsində qeyri-müəyyən hadisələrlə - kvant fizikasında qeyri-müəyyənlik prinsipi, relativistik fizikada nisbilik prinsipi (Lorens əmsalının sonsuzluğa yaxınlaşması qeyri-müəyyənliyi), kosmologiyada qaranlıq materiya və s. ilə rastlaşırıq. Həqiqətən də, bu qeyri-səlislik məntiqimiz üçün qeyri-adidir, çünki ağıl baxımından dərkolunmazdır - ağlabatan olan realdır, yəni təcrübədə mövcud olan elə bir şey yoxdur ki, ağılda olmasın. Cismin temperatur xarakteristikası olan, soyuq - ... - mülayim -...- isti - qaynar sifətləri qəbul etdiyimiz faza keçidi nöqtəsi ilə temperatur şkalasında qeyri-müəyyənlik problemini həll etdiyimiz kimi, dalğa -...- yarımdalğa və ya yarımzərrə -...- zərrəcik, enerji -...- yarımenerji və ya yarımmateriya -...- materiya yaxınlaşmaları ilə hansısa parametr daxil etməklə qeyri-müəyyənlikləri, sonsuzluqları - dünyanı real dərk etməyimiz üçün bizə ehtimal nəzəriyyəsinin iki dəyərli məntiqi yox, qeyri-səlis məntiqə əsaslanan müasir təfəkkürün məhsulu - yeni ideyalar və nəzəriyyə lazımdır. İnanırıq ki, qeyri-səlis riyaziyyat və qeyri-səlis kvant fizikası bu problemləri tezliklə həll edə biləcək və elmin inkişafina yeni qapı açacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xiyabanlarda tərənnüm edilən dostluq: Daşkənddəki Heydər Əliyev parkında gəzinti - REPORTAJ

“Real Madrid” Bernardu Silvanı transfer edib

Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

Yaponiya MERCOSUR ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Növbəti köç Şükürbəyli kəndinə çatıb

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir - ŞƏRH

Neymar fərdi məşqlərə başlayıb

Fond: Ötən 5 ildə tələbə kreditləri proqramı üzrə 80 milyon manatdan artıq vəsait xərclənib

Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq dövrü elmi jurnalının növbəti nömrəsi nəşr edilib

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

TTKF üzrə yüzlərlə tələbəyə güzəşt tətbiq olunub

Ötən beş ildə Təhsil Tələbə Krediti Fonduna 101 mindən çox müraciət daxil olub

Orxan Zeynalov: Azərbaycan regional enerji və rəqəmsal dəhlizlərin formalaşmasında mühüm rol oynayır

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

İndoneziyada Levotobi vulkanı altı dəfə püskürüb

Fransa kəşfiyyatı ABŞ-nin “Palantir” şirkəti ilə əməkdaşlığa son qoyur

Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq

Abşeron çimərliklərində hava necə olacaq?

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

AZPROMO: Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib

Azərbaycan məktəbliləri beynəlxalq fizika olimpiadasında uğurla çıxış ediblər

Çində ilk Qlobal İdarəetmə Forumu keçiriləcək

Şavkat Mirziyoyev: Biz Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk

Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır

Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub

Vüqar Nadirov: “Qarabağ”ın Avropa Liqasında daha da irəli gedəcəyinə inanıram

Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyində və yaşıl keçiddə regional rolunu gücləndirir

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

Özbəkistan səfiri: Azərbaycanın sosial xidmətlər və rəqəmsal idarəetmə sahəsində təcrübəsini öyrənirik

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub

Fransada güclü istilər səbəbindən imtahanlar təxirə salına bilər

“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” - təlim

Cevdet Yılmaz: Türkiyə TÜRKPA-nın fəaliyyətinə dəstəyini davam etdirəcək

Alimlər xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlayıblar

Azərbaycan regionda yeni geosiyasi reallıqların müəllifidir ŞƏRH

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik

Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyi tamam olur

FAO: Qlobal akvamədəniyyət istehsal həcminə görə ilk dəfə dəniz balıqçılığını geridə qoyub

Psixiatriya yardımı sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi nəzərdə tutulur

KOBİA: KOB-ların yaşıl keçidi üçün güclü tərəfdaşlıq və maliyyə dəstəyi vacibdir

Xəzər dənizində zəlzələ qeydə alınıb

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

Malayziya Mərkəzi Bankının sədr müavini: Hazırda ən aktual məsələlərdən biri gəlir və yaşayış xərcləri ilə bağlı təzyiqlərdir

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

Bu saata olan əsas xəbərlər

Azərbaycan millisinin futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

INCEIF: İslam maliyyəsi nəticəyönümlü və dayanıqlı maliyyə modelinə doğru inkişaf edir

Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq

Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır

BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

İran xam neft ixracına başlayıb

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ VİDEO

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ VİDEO

AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək

“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər

Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır

Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır VİDEO

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır VİDEO

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir VİDEO

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir VİDEO

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb VİDEO

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb VİDEO

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayı üzrə sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq VİDEO