Ege Universitetində ADAU ilə birgə əməkdaşlıq perspektivləri müzakirə olunub VİDEO
Gəncə, 17 iyun, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov proqramın uğurla davam etdiyini bildirərək, əldə olunan nailiyyətlərdən söz açıb.
Ege Universitetinin rektoru Musa Alcı isə ADAU tələbələrinin əzm və çalışqanlıqlarını yüksək qiymətləndirib.
Sonra proqram direktoru Lamiyə Quliyeva 2025/2026-cı tədris ili ərzində proqram çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə təqdimatla çıxış edib.
Həmçinin görüş zamanı proqramın icrası, qarşıya qoyulan hədəflər və strateji məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdən sonra rəhbər komitə üzvləri Ege Universitetinin Elm İnstitutunda birgə əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.
Müxbir - Elcan Məmmədov