Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli mətbuatımızın yaranmasından 148 il ötür

Milli mətbuatımızın yaranmasından 148 il ötür

Azərbaycan mediası bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün - 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.

AZƏRTAC mətbuatımızın 148 ildə keçdiyi çətin və şərəfli yolun bəzi önəmli məqamlarına nəzər salır.

Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.

Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Bu, çar Rusiyasına xoş gəlmədiyi üçün çox keçmədən “Əkinçi”nin nəşri dayandırıldı.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirməkdə davam edib.

Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması KİV məkanında islahatların dərinləşdirilməsinə imkan yaratmaqla yanaşı, milli mətbuatımıza yeni nəfəs gətirdi.

MEDİA-nın təşkilatçılığı ilə ötən il iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Media Forumunun keçirilməsi böyük rezonans doğurdu. Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı Şuşada qeyd etdilər. “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda təşkil edilən forumda Azərbaycanın media nümayəndələri və dövlət rəsmiləri ilə yanaşı, 20-dək ölkədən mətbuat təmsilçiləri iştirak etdilər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediasının tarixinə əlamətdar hadisə kimi yazıldı.

Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü reallaşdırdı. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.

Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Azərbaycan jurnalistləri bu gün də iş başındadır və haqq işimiz uğrunda mübarizəni qətiyyətlə davam etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

Azərbaycan müxtəlif siyasi sistemlərə malik dövlətlər arasında etibarlı körpü rolunu oynayır

Bakı məktəbliləri respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər

Şərurda 450 hektar kartof və soğan əkini ərazisində müasir suvarma sistemləri tətbiq olunub

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Seymur Səfərli: 2030-cu ilədək yüksək məhsuldarlığa əsaslanan rəqabətqabiliyyətli kənd təsərrüfatı sistemi yaradılacaq

Rafail Quliyev: Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq

ABŞ LNG-sinin Avropanın təbii qaz idxalındakı payı 60 faizə çatır

ABŞ-İran razılaşmasından sonra neftin qiyməti azalıb

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

İtaliya və Yunanıstanın təbii qaz idxalında TAP-ın ötənilki payı bəlli olub

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub  YENİLƏNİB

İƏT üzvü olan dövlətlərin parlamentləri arasında koordinasiyanın gücləndirilməsi müzakirə olunub

Quba və Qusar rayonlarında floristik tədqiqatlar aparılıb

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

BŞTİ: 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Qorxmaz Axundov: Tar mənim üçün sadəcə musiqi aləti deyil, Azərbaycanın səsidir- MÜSAHİBƏ

Azərbaycan diasporu Dneprdə tarixi məscidin müsəlmanlara qaytarılması üçün danışıqlar aparır

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, 2500 hektar yeni ərazi dövriyyəyə cəlb olunacaq

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək, bəzi bölgələrdə isə yağış yağacaq

İran nümayəndə heyəti ABŞ ilə danışıqlardan sonra Tehrana qayıdıb

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı qərəzli və siyasi xarakter daşıyır - ŞƏRH

Bəzi çimərliklərdən istifadə müvəqqəti məhdudlaşdırılıb

Paytaxtda 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Böyük Britaniyanın Baş naziri istefa verib

Qivami Rəhimli: İlham Əliyevin Səngəçaldakı möhtəşəm əl izi dəmir yumruğa çevrilib

Fransada güclü istilər səbəbindən məktəblər bağlanıb, bəzi imtahanlar təxirə salınıb

Samuxda ilin ilk məhsul festivalı

Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur: ikisi xarici ölkə vətəndaşıdır

Gənclər Kitabxanasında Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlanıb

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB VİDEO

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB VİDEO

İƏT Parlament İttifaqının Baş katibi: İslam dünyası həssas bir mərhələdən keçir

TAP-la indiyədək Avropaya nəql olunan təbii qazın həcmi açıqlanıb

Venesiya şəhərinə birgünlük səfər edən turistlərdən 50 avro ödəniş tələb oluna bilər

Məcnun Məmmədov: Ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz təşkil edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində “Məzun günü”

Parisdə minlərlə insan irqçiliyə və ifrat sağçılığa etiraz edib

Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir – EKSKLÜZİV

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb

“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

“Araz-Naxçıvan” Rəşad Həsənovla 1 illik müqavilə imzaladı

Bu saata olan əsas xəbərlər

Daşkənddə “Bakı Prosesi” çərçivəsində Azərbaycan–Özbəkistan mədəni əlaqələri təqdim olunub

“Bloomberg”: İran Hörmüz boğazı vasitəsilə neft tədarükünü artırıb

Xəyyam Məmmədov: Əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişafıdır

Fərid Hacıyev: Qarşıya çıxan çağırışlara qarşı parlamentlər birgə səy göstərəcək

Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir

Azərbaycan badmintonçusu Serbiyada bürünc medal qazanıb

Dövlət Agentliyinin rəsmisi: Damcı, yağmurlama və pivot sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır

Sofiyada Azərbaycan mətbəxinin dadı: “Buta Bulgaria” ilə iki xalq arasında körpü yaradılır

Seymur Səfərli: Ölkə üzrə akvakultura məhsulları istehsalının 7,7 min tona çatdırılması hədəflənir

Məcnun Məmmədov: Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur

Kənd təsərrüfatı naziri: Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub

Avropa Parlamentinin bir qrup deputatı ilə bağlı araşdırma tələb edilib

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib

Məcnun Məmmədov: Ötən il Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı ÜDM-in 12,7 faizini təşkil edib

Nazir müavini: Taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir

Elvin Cəfərquliyev “Qarabağ”ın heyətinə qayıdıb

Seymur Səfərli: Suvarılan taxıl sahələrində lazer hamarlama və müasir suvarma üsulları tətbiq edilməlidir

QMİ sədri “Dinlər Sülh Uğrunda” təşkilatının toplantısında iştirak edəcək

Nazir müavini: 2026–2030-cu illər üzrə Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir

Konqoda Ebola virusuna yoluxanların sayı min nəfəri ötüb

Dünya çempionatının qrup mərhələsi rekordlarla yadda qaldı

Ceyhun Cəlilov: Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında parlament əməkdaşlığı gücləndirilir

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK VİDEO

Xalid Əhədov: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Prezidentin köməkçisi: Əsas hədəf aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Prezidentin köməkçisi: 32 rayonda 52 aqropark yaradılıb

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

NİİM piyadalara və sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM piyadalara və sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Azərbaycan Ordusu müstəqilliyimizin və təhlükəsizliyimizin etibarlı təminatçısıdır - ŞƏRH

Pakistanda yas mərasimində bədbəxt hadisə: 8 ölü, 15 yaralı

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir VİDEO

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir VİDEO

Qətərin Ras Laffan LNG zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb

Hərəkət iştirakçıları üçün təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb VİDEO

Hərəkət iştirakçıları üçün təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb VİDEO

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Çin ABŞ-nin 56 şirkətinə sanksiya tətbiq edəcək

Arxeoloqlar Qazaxıstandakı qədim kurqanda nadir əşyalar tapıblar

AZAL-ın dördüncü “Airbus A320neo” təyyarəsi donanmasına əlavə olunub

İnfarkt və insultdan necə qorunmalı? – Mütəxəssis tövsiyələri

Ağalıda yaradılan ilk kooperativlər regionun kənd təsərrüfatında yeni inkişaf modelinə çevrilir - Reportaj VİDEO

Ağalıda yaradılan ilk kooperativlər regionun kənd təsərrüfatında yeni inkişaf modelinə çevrilir - Reportaj VİDEO

Repatriantların sosial reabilitasiyası üzrə görülən işlər öyrənilib

Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan “Global Offshore Wind 2026” beynəlxalq tədbirində təmsil olunub

Qızıl medal qazanan Azərbaycan cüdoçusu: Taktiki plana sadiq qalmaq qələbədə mühüm rol oynadı

Rusiya Ukrayna limanlarına doğru üzən ticarət gəmilərinə hücum edib

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Avropa Məhkəməsinin qərarı: hüquqi sənəd, yoxsa siyasi təzyiq aləti?

Çin alimlərinin rəhbərlik etdiyi tədqiqat qrupu beyin transplantasiyası üzrə mühüm kəşfə imza atıb

Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb