ABŞ-İran razılaşmasından sonra neftin qiyməti azalıb
Bakı, 22 iyun, AZƏRTAC
İsveçrədə keçirilən ABŞ və İran arasında danışıqların başa çatmasından sonra dünya bazarında neftin qiyməti azalıb.
AZƏRTAC “Əl-Cəzirə”yə istinadla xəbər verir ki, buna səbəb Tehranın neft və neft-kimya məhsullarının ixracı üçün güzəştlər əldə etdiyini bildirməsi və qlobal bazarlarda tədarük çatışmazlığı ilə bağlı narahatlıqların azalması olub.
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,68 dollar və ya 2,09 faiz azalaraq 78,89 dollara enib.
Danışıqların gərgin başlaması fonunda qiymətlər 82,3 dollar səviyyəsində idi. Buna ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibənin yenidən başlanması ilə bağlı təhdidləri və Tehranın Hörmüz boğazını yenidən bağladığını elan etməsi təsir göstərmişdi.
“SS WealthStreet” tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, qiymətlərin azalması əsasən ABŞ və İran arasında diplomatik razılaşmanın əldə olunacağına dair gözləntilərin artması ilə bağlıdır. Onun sözlərinə görə, bu, İrana qarşı tətbiq olunan sanksiyaların gələcəkdə yumşaldıla biləcəyi ilə bağlı ümidləri gücləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [14:34]
Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı baş tutub
- 22.06.2026 [14:20]
® Dənizçilərə özəl kredit təklifi
- 22.06.2026 [13:08]
İtaliya və Yunanıstanın təbii qaz idxalında TAP-ın ötənilki payı bəlli olub
- 22.06.2026 [13:04]
Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb
- 22.06.2026 [12:22]
TAP-la indiyədək Avropaya nəql olunan təbii qazın həcmi açıqlanıb
- 22.06.2026 [10:50]