Fərid Hacıyev: Qarşıya çıxan çağırışlara qarşı parlamentlər birgə səy göstərəcək
Bakı, 22 iyun, AZƏRTAC
Qarşıya çıxan çağırışlara qarşı parlamentlərimiz birgə səylərini davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində keçirilən Baş Katiblər Assosiasiyasının 7-ci iclasında Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev deyib.
O vurğulayıb ki, parlamentlərin istifadə etdiyi bir çox alət və vasitələr artıq zamanın tələblərinə cavab vermir. “Qlobal dünyada parlamentlərin fəaliyyəti müasir beynəlxalq təcrübənin yeniliklərinə əsaslanmalıdır. Alətlərin daha əlçatan olması, görülən tədbirlərin isə daha adekvat və səmərəli şəkildə həyata keçirilməsi vacibdir. Rəqəmsal, ekoloji və digər sahələrdə baş verən yeniliklər parlamentlərin fəaliyyətinə də öz təsirini göstərib. Bu səbəbdən müasir fəaliyyət modelləri daim zənginləşdirilməli və təkmilləşdirilməlidir”.
Fərid Hacıyev Milli Məclisin bu istiqamətdə bir sıra innovativ həllərin tətbiqinə nail olduğuna diqqət çəkib. O əlavə edib ki, hazırda da bu sahədə ardıcıl və ciddi işlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [14:51]
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
- 22.06.2026 [14:25]
Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib
- 22.06.2026 [13:11]