Repatriantların sosial reabilitasiyası üzrə görülən işlər öyrənilib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən repatriantların hüquqlarının müdafiəsi diqqətdə saxlanılır.
Azərbaycan Respublikasının Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində bu il iyunun 7, 9 və 11-də Suriya Ərəb Respublikasından qadınlar və uşaqlar olmaqla 23 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.
Görüş zamanı repatriantların sosial reabilitasiyası üzrə görülən işlər, habelə mövcud ehtiyacları öyrənilib, onların cəmiyyətə reinteqrasiyası və hüquqlarının müdafiəsi istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlar ombudsmanın mandatı və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [12:54]
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir
- 22.06.2026 [12:49]
Bəzi çimərliklərdən istifadə müvəqqəti məhdudlaşdırılıb
- 22.06.2026 [12:17]
Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
- 22.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 22.06.2026 [11:53]
Bu ilin beş ayında 18 min 300 uşağa reabilitasiya xidmətləri göstərilib
- 22.06.2026 [11:31]