Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nadir şahın qətli üzərindən sirr pərdəsinin götürülməsinə xidmət edən dəyərli nəşr

Nadir şahın qətli üzərindən sirr pərdəsinin götürülməsinə xidmət edən dəyərli nəşr

Akademik Ramiz Mehdiyevin “Nadir şahın şəxsi həkiminin məktubları - hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı çapdan çıxıb

Bakı, 4 iyun, AZƏRTAC

Son vaxtlar görkəmli dövlət xadimi Nadir şahla bağlı bir sıra tədqiqatlar aparılmasına və yeni sənədlərin üzə çıxarılmasına baxmayaraq onun qətli üzərindən sirr pərdəsi bu günədək götürülməyib. Mənbələrdə ətraflı təsvir olunmuş qətl səhnəsi bu cinayətin gerçək səbəbləri, onların törədilməsində maraqlı olan şəxslər, yaxud dairələr haqqında aydın təsəvvür yaratmaq üçün kifayət etmir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Nadir şahın şəxsi həkiminin məktubları - hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı böyük fatehin öldürülməsi ilə bağlı müəmmalı məqamlara aydınlıq gətirir və maraqla oxunur.

Nadir şahın şəxsi həkimi - fransız əsilli Lui Bazinin (1712-1774) məktubları əsasında qələmə alınmış əsərdə dövrün hərbi-siyasi mənzərəsi, saray çəkişmələri, yaxınları və düşmənləri tərəfindən şaha qarşı hazırlanan sui-qəsdlər və digər hadisələr tarixi sənədlərə və faktlara istinadla şərh edilir.

Xatırladaq ki, akademik Ramiz Mehdiyev ingilis şərqşünası M.Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan nəşrinə yazdığı ön sözdə apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir. Görkəmli alimin “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” və digər kitabları Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələrdir.

Müəllif əvvəlki əsərlərində olduğu kimi, yeni kitabında da orta əsrlərə aid saray, yaxud rəsmi tarixşünaslığın mənbələri ilə yanaşı, Avropa qaynaqlarını dərindən öyrənməyin əhəmiyyətini vurğulayır, bu mənbələrdən ən mühümlərini mümkün olduqca Azərbaycan dilində təqdim etmək üçün mənbəşünaslarımıza, tərcüməçilərimizə və tarixçilərimizə çağırış edərək yazır: “Nadir şah Əfşarın dövründə baş verən bir sıra siyasi proseslərin obyektiv şəkildə başa düşülməsi nöqteyi-nəzərindən böyük fatehin müasiri olmuş, xüsusilə də həmin dövrdə Yaxın Şərqdə fəaliyyət göstərmiş avropalıların qələmə aldıqları əsərlər, məktublar, gizli hesabatlar və digər mənbələr əvəzsiz dəyərə malikdir. Xüsusilə də Nadirin ölümü ilə nəticələnmiş sui-qəsdin bütün pərdəarxası məqamlarının başa düşülməsi məsələsində avropalı müəlliflərin məlumatları olmadan keçinmək mümkün deyil”.

Akademik bir daha vurğulayır ki, XVIII əsrin Ceyms Frazer və Conas Henvey kimi Qərb müəlliflərinin əsərləri, həmçinin o dövrün avropalı diplomat və missionerlərinin yazışmaları Azərbaycan dilinə tərcümə edilərək dərindən təhlil olunmadıqca, biz nəinki Nadir şah, onun fəaliyyəti və qətli haqqında, həmçinin tariximizin bütöv bir mərhələsi barəsində olduqca dəyərli məlumatlardan, faktlardan məlumatsız qalacağıq. Bununla yanaşı, müəllif mənbəyindən asılı olmayaraq əldə edilən bütün məlumatları yoxlamağın, təhlil etməyin və yalnız bundan sonra onlara qiymət verməyin vacibliyini bildirir.

Ramiz Mehdiyevin fikrincə, Nadir şahın şəxsi təbibi, keşiş Lui Bazinin qələmə aldığı iki irihəcmli məktub Avropa qaynaqları arasında əhəmiyyətinə və tarixi dəyərinə görə mühüm yer tutur. Bu məktubların tarixi əhəmiyyətini səciyyələndirən üç əsas amil var. Birincisi, 1741-ci ildə İrana gəlmiş keşiş Bazin illər ərzində Əfşarlar imperiyasında baş verən ictimai-siyasi, iqtisadi, hərbi prosesləri yaxından müşahidə etmək imkanı qazanmışdı. Yəni, o, imperiyanın real vəziyyətinə dərindən bələd idi.

İkincisi, Lui Bazin Nadir şahın şəxsi həkimi kimi fəaliyyətə başlayanadək missionerlik edirdi. Əslində xristianlığın təbliği missionerlərin fəaliyyətinin ancaq bir hissəsi idi. Onların başlıca missiyası operativ, etibarlı və geniş xəfiyyə şəbəkəsinin qurulması, hökmdarın yaxın ətrafına aid nüfuzlu əyanlarla sıx əlaqələrin yaradılması idi. Keşiş Bazinin də həmin şəbəkənin ən bacarıqlı nümayəndələrindən biri olduğunu qeyd edən akademik diqqətə çatdırır ki, məktublarda Nadir şah və onun qüdrətli imperiyası haqqında əksini tapan məlumatlardan bir çoxu o dövr üçün məxfi hesab olunur, kəşfiyyat səciyyəsi daşıyırdı. Həmin qeydlər dövrün rəsmi tarixşünaslığı tərəfindən işıqlandırılmamış bir sıra mühüm məqamları görməyə və təhlil etməyə imkan yaradıb.

Üçüncü və ən başlıca amil Lui Bazinin 1746-cı ilin dekabrından Nadirin ölüm gününədək böyük fatehin şəxsi təbibi vəzifəsində xidmət etməsi ilə əlaqədardır. Akademikin fikrincə, Nadir şahın ömrünün son aylarını yaxından müşahidə etmək imkanı olan, ən əsası isə sui-qəsd haqqında ən müfəssəl məlumatı qələmə alan bir şəxsin yazdıqlarına etinasız yanaşmaq tariximiz qarşısında səhv olardı. Bazin bir din xadimindən, həkimindən daha çox, kəşfiyyatçı idi və bu onun məktublarının yazılma üslubundan açıq-aşkar duyulmaqdadır.

Lui Bazinin kitabda Azərbaycan dilində təqdim edilən məktublarından məlum olur ki, o, bunları Nadir şahın ölümündən sonra Bəndər-Abbas şəhərində qələmə alıb və Yezutilər ordenində yüksək rütbəli ruhani olan Rocer ataya ünvanlayıb. Birinci məktubda Nadir şah dövrünün hadisələri, şahın yüksəlişinin tarixçəsi, böyük fatehin psixoloji və fiziki xüsusiyyətləri ətraflı təsvir olunub. Lui Bazin yazırdı: “Onun uğurlarının yeganə mənbəyi sarsılmaz iradəsi və ciddi səylə çalışması idi. Belə yüksək mərtəbəyə qalxmasına görə yalnız özünə borclu idi. Mənşəyinə baxmayaraq o, sanki anadan taxt-tac üçün doğulmuşdu. Təbiət ona insanı qəhrəman edən, hətta onlardan bəzilərini dahi hökmdarlara çevirən bütün ali keyfiyyətləri bəxş etmişdi”.

Akademik Ramiz Mehdiyev bildirir ki, Nadir şahın irsi ilə yaxından maraqlanmağa başladığı vaxtdan etibarən onun bu qədər dəqiqliklə təəssübkeşlikdən və qərəzdən uzaq təsvir edilmiş psixoloji portretinə nə dövrün saray tarixçilərinin, nə də müasir tədqiqatçıların heç birinin əsərində rast gəlməyib. Təsadüfi deyil ki, L.Lokkart və M.Aksvörti kimi tədqiqatçılar Nadir şahın şəxsi keyfiyyətlərini - məziyyət və qüsurlarını səciyyələndirərkən məhz L.Bazinin qənaət və müşahidələrinə istinad etməyə üstünlük veriblər.

Birinci məktubda, həmçinin Bazinin böyük fatehin xidmətinə necə daxil olması, şahın xəzinəsi haqqında qiymətli məlumatlar öz əksini tapıb.

İkinci məktubda isə Nadir şahın qətlindən sonra Əfşarlar dövlətində baş verən hərbi-siyasi proseslərdən, adi hal almış çevriliş və qətllərdən, feodal hərc-mərcliyindən danışılır. Adil şahın, İbrahim şahın və Şahrux Mirzənin hakimiyyəti dövründə baş vermiş hadisələrin qısa şəkildə nəql olunduğu məktub 1751-ci il hadisələri ilə başa çatır. Bazin öz məktublarına Nadir şahın düşərgəsinin təsvir olunduğu sxemi də əlavə etmişdi. Bu, məktub müəllifinin fəaliyyətinin əsl mahiyyəti ilə bağlı bir çox mətləbdən xəbər verir.

Kitabda Bazinin fəaliyyətinin bizim üçün hələ də qaranlıq qalmaqda davam edən məqamlarına dair akademikin qələmə aldığı fikirlər sadəcə ehtimallar və fərziyyələr üzərində qurulub. Bunu xüsusi vurğulayan alim oxucuların və tədqiqatçıların bu qənaətləri qəbul edib-etməməkdə sərbəst olduqlarını yazır və bir mühüm məsələyə diqqət çəkir: “Ancaq onlar bir faktı yaddan çıxarmamalıdırlar ki, müsəlman dünyasının qüdrətli imperiyalarının, demək olar ki, hamısının daxildən laxladılmasında, onların siyasi sisteminin dağıdılmasında, siyasi hərc-mərcliyin, saray çəkişmələrinin güclənməsində Avropadan gələn dini, ticari və diplomatik missiyaların fəaliyyəti olduqca böyük rol oynayıb. Həmin missiyaların törətdikləri bəzi fəsadların təsiri bu gün də özünü göstərməkdədir”.

Yeni əsərdə Mirzə Mehdi xan Astrabadi, L.Lokkart, M.Aksvörti, İ.P.Petruşevski, M.H.Qüddusi, K.Sinxa, A.Ç.Banerdji, Y.B. Çernyak, Qiyasəddin Əli, F.Bernye, E.E.Litavrina, P.P.Şyoqolev və digər müəlliflərin fikirlərinə istinad edilib.

Qeyd edək ki, Bazinin məktubları ilk dəfə 1780-ci ildə Parisdə “Xarici missiyaların məlumatlandırıcı və maraqlı məktubları” adlanan çoxcildli sənədlər toplusunun “Levant xatirələri” adlanan IV cildində dərc edilib. Sonradan bu məktublar Qərb şərqşünaslarının Nadir şah və onun dövrü haqqında apardıqları tədqiqatlarda ən çox istinad etdikləri qaynaqlardan birinə çevrilib. İki əsr sonra isə Parisdə yaşayan iranlı tədqiqatçı Əli Əsgər Həriri tərəfindən fars dilinə tərcümə olunaraq nəşr edilib. Məktubların fransız orijinalının daxil olduğu toplu çoxdan bəri nadir biblioqrafik nüsxəyə çevrildiyindən “Nadir şahın şəxsi həkiminin məktubları - hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabında Əli Əsgər Həririnin tərcüməsinə istinad olunub. Sənədləri fransız və fars dilindən Fuad Həsənov, Əli Şükrü, Şahin Yəhyayev tərcümə ediblər.

Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşardır. Nəşrin redaktoru Yaşar Əliyevdir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilən kitab geniş oxucu kütləsi, tarixçilər, mənbəşünaslar, eləcə də Azərbaycanın orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri, filologiya üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

London metrosunun işçiləri tətilə başlayıblar

Ədliyyə Nazirliyinin Tibb baş idarəsində vakant vəzifələr üzrə müsabiqə elan edilib

Prezidentin Qarabağa hər səfəri Azərbaycan dövlətinin gücünün simvolu kimi tarixə düşür ŞƏRH

ABŞ və Britaniya əsgərləri İraqda hərbi təlim zamanı həlak olublar

“Bakı Enerji Həftəsi” Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir ŞƏRH

Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır

Media: ABŞ Afrikada diplomatik nümayəndəliklərin sayını azaldacaq

AzMİU-nun şöbə müdiri: WUF13 yeni tərəfdaşlıqların qurulması üçün uğurlu platforma kimi yadda qaldı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının bir sıra qərarlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

® “13 həftə, 13 avtomobil” kampaniyasına start verildi

Reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram tədbiri və ekskursiya təşkil edilib

Luis Enrike mövsümün ən yaxşı baş məşqçisi seçilib

İtaliya hökuməti elektrik ölçü vahidinin adını dəyişdirməyi təklif edir

Azərbaycana yay fəslinin daxil olacağı vaxt açıqlanıb

“Boston Consulting Group”: Süni intellekt enerji sektorunda transformasiyanı sürətləndirə bilər

Vuçiç: Serbiya Avropa İttifaqına üzv olmaq yolundan dönməyəcək

Rövşən Nəcəf: Qaz tələbatının illik artım tempinin 1 faiz səviyyəsində qalacağını düşünmürəm

Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş - elmi sessiya

Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

“Financial Times”: Vaşinqton Avropada əlavə nüvə silahlarının yerləşdirilməsi ehtimalını müzakirə edir

bp: Azərbaycanda yaradılan süni intellekt əsaslı həllər beynəlxalq bazarlara çıxır

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub

Yerli düyüyə tələbat artır: fermerlər istehsalı genişləndirir

XRG: Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik

“AzerGold” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finalda Çexiya ilə oyuna çıxır

Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi: Bayrağımızı dalğalandırmağa davam edəcəyəm

Yaponiyada ayı insanlara hücum edib, dörd nəfər xəsarət alıb

Qabiliyyət imtahanlarında iştirak edənlər üçün son gün - qeydiyyat yekunlaşır

SOCAR: Süni intellekt həyatın və iqtisadiyyatın bütün sahələrinə nüfuz edəcək

Azərbaycan ilə ABŞ arasında rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

SLB: SOCAR ilə əməkdaşlıq enerji layihələrində rəqəmsal texnologiyaların rolunu artırır

Abituriyentlərin nəzərinə: Azərbaycan dili imtahanına qeydiyyat bu gün başa çatır

ABŞ-də məişət zəminində atışma zamanı 6 nəfər qətlə yetirilib

XRG şirkəti: Qarşıdakı onilliklərdə qlobal təbii qaz tələbatında əhəmiyyətli artım olacaq

INPEX: Azərbaycanla tərəfdaşlıq uzunmüddətli enerji strategiyamızın mühüm hissəsidir

Baş icraçı direktor: Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir

Cio Kristofoli: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinin mühüm sütunlarından biridir

bp Azərbaycanda mürəkkəb geoloji şəraitdə hasilat üçün yeni texnologiyaların tətbiqini genişləndirir

Beynəlxalq Türk Akademiyası ilə Türkiyənin İslam Araşdırmaları Mərkəzi əməkdaşlıq edəcək

Rövşən Nəcəf: Azərbaycan qarşıdakı onilliklər ərzində tərəfdaş ölkələrin etibarlı enerji təchizatçısı olacaq

SOCAR-ın prezidenti: Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biridir

Omanlı ekspert:Ağalı münaqişədən sonrakı ərazilərin bərpası üçün qlobal modelə çevrilə bilər

FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Kiyevə hava zərbələri zamanı yaşayış binaları dağılıb – AZƏRTAC-ın hadisə yerindən FOTOREPORTAJI VİDEO

Kiyevə hava zərbələri zamanı yaşayış binaları dağılıb – AZƏRTAC-ın hadisə yerindən FOTOREPORTAJI VİDEO

“Bakı Enerji Forumu”nun ikinci günü başlayıb

Naxçıvanın tarixinə aid dəyərli tapıntı - İlandağ yazısı

Fransada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilib

Naxçıvanda “Uşaqların Rəngli Dünyası-2026” festivalı olub

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tullantılar 2050-ci ilədək Avropanı kritik əhəmiyyətli xammalla təmin edəcək

“Bloomberg”: Aİ enerji böhranını aradan qaldırmaq üçün büdcə qaydalarını yumşalda bilər

Tramp 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılması qərarını yenidən nəzərdən keçirir

“ChatGPT” paylaşım keçidləri üzərindən zərərli proqram kampaniyası aşkarlanıb

Norveçdə tibb işçilərinin kəskin çatışmazlığı yarana bilər

Fiziklər ilk dəfə həm metala, həm də şüşəyə bənzəyən kristal yaradıblar

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var  YENİLƏNİB 2

İsveç partiyaları xaricdəki seçicilərin səsləri uğrunda mübarizəyə başlayıblar

Erkən ölüm riskini artıran məhsullar açıqlanıb

“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir

Tramp: İranla ABŞ arasında razılaşma gələn həftə yekunlaşa bilər

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

Bakıda D-8 ölkələrinin enerji nazirlərinin ilk iclası olub

Fransa və Belçika Luvr soyğunçuluğu ilə bağlı birgə araşdırma aparır

Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti – “Muğamat axşamı”

“Popkorn beyni” sindromu: Rəqəmsal dövrün görünməyən təhlükəsi

Media: Aİ üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılmasına razılıq verib

Türkiyə millisi yoldaşlıq oyununda böyük hesablı qələbə qazanıb

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

Binəqədi rayonunda yol polisinə müqavimət göstərən sürücü saxlanılıb

Məsut Özil Bakı Enerji Həftəsi ilə bağlı paylaşım edib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş musiqi bayramı

Cəlilabadda azyaşlı uşaq suda boğularaq ölüb

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Baş direktor: Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində tərəfdaşlar tapıb biznesi inkişaf etdirməyə nail olacağıq

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək

Osloda Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Qəbələdə şəhid və qazi övladları üçün özəl gün

Astana və Vaşinqton Orta Dəhlizin inkişafını nəzərdən keçirib

ABŞ Prezidenti: İsrail və “Hizbullah” bir-birinə hücum etməyəcək

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

Tramp: İran ilə danışıqlar sürətlə davam edir

“Gələcəyin qurucuları və memarları” - Ağcabədidə yaradıcılıq festivalı

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub

Politoloq: Yüksək adaptiv müharibə şəraitində Ukrayna bir addım qabağı düşünür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC balaca qonaqları üçün əyləncəli proqram təşkil edib VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC balaca qonaqları üçün əyləncəli proqram təşkil edib VİDEO

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib

Xoşbəxt uşaqlar işıqlı gələcək deməkdir

Tallində Müstəqillik Günü və Qurban bayramı münasibətilə tədbir keçirilib

“Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb

Velko Simiç daha 2 il “Sabah”da

Oğuzda əlamətdar gün silsilə tədbirlərlə qeyd olunub

Nazir: Türkiyənin güclü Hərbi Hava Qüvvələri təhdidlərin qarşısının alınması amilidir

Basketbol millimiz Dünya Kubokuna qələbə ilə start verib

Azərbaycanla Mikroneziya arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommünike imzalanıb

“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib