Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb
Bakı, 1 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın enerji sektoru üzrə beynəlxalq şirkətlərlə strateji tərəfdaşlığın inkişafına verdiyi önəm diqqətə çatdırılıb. Ölkəmizin iqtisadi inkişaf və enerji sahəsindəki strateji prioritetləri, habelə tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri vurğulanıb.
Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili, ixrac marşrutları, eləcə də karbonsuzlaşma sahəsindəki layihələr barədə ətraflı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [22:07]
SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib
- 01.06.2026 [19:38]
Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
- 01.06.2026 [18:22]