® “13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından biri olan “Bizon” yay mövsümünə yeni lotereya kampaniyası ilə başlayıb. “13 həftə, 13 avtomobil” adlı kampaniya çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər.
İyunun 1-dən avqustun 30-dək davam edəcək kampaniyada istehlakçılar lotereyalı “Bizon” məhsulu alaraq qapağın altındakı xüsusi kod vasitəsilə iştirak edə bilərlər. Kampaniya zamanı hər həftə oynanacaq mükafat müasir dizaynı, rahat idarəetməsi və gündəlik istifadəyə uyğunluğu ilə seçilən “Changan Q05” model avtomobildir.
Kampaniyada iştirak etmək üçün istehlakçılar:
• Lotereyalı “Bizon” bankasını əldə etməli;
• Məhsul üzərindəki QR kodu skan etməli və ya promo.bizon.az ünvanına daxil olmalı;
• Qapağın altındakı kodu və mobil nömrəni bu ünvana daxil etməlidirlər.
Qaliblər hər həftənin bazar ertəsi günü “Bizon Energy” YouTube kanalında canlı yayım vasitəsilə elan ediləcək. İştirakçılar prosesi real vaxtda izləyə biləcəklər.
Xüsusi olaraq vurğulayaq ki, qalib müəyyənləşdiyi halda məhsulun qapağı mütləq təqdim edilməlidir.
Bizon markası bu yay da istehlakçılarına yaddaqalan təcrübə təqdim etməyə davam edir. 13 həftə davam edəcək kampaniya yay aylarını daha maraqlı etməyi hədəfləyir.