Azərbaycan Dövlət İnformasiya Agentliyi

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

Bakı, 2 iyun, AZƏRTAC

31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumu öz işini tamamlayıb.

AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi”, potensialın artırılmasına dair sessiyalar, “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi”, “Qaz sessiyası — bazarlar, nəqliyyat marşrutları və geopolitika”, “Enerji körpüləri: Yaşıl enerjidən regional inteqrasiyaya” mövzuları müzakirə olunub.

Əsas məruzəçi qismində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir.

“Bizim əsas prioritetimiz region üzrə müştərilərimizi dayanıqlı və etibarlı şəkildə enerji ilə təmin etmək, eyni zamanda, regional enerji təhlükəsizliyinə töhfə verməkdir. Bu, şirkət olaraq fəaliyyətimizin əsas fəlsəfəsidir, dəyişməyib və gələcəkdə də dəyişməyəcək. Əsas məsələ ondan ibarətdir ki, biz bu təchizatlara daha çox necə töhfə verə və regionun enerji təhlükəsizliyini daha da gücləndirə bilərik. Ötən illə müqayisədə bu il təchizat coğrafiyamız haqqında danışarkən artıq təkcə Avropa, Gürcüstan və Türkiyəni nəzərdə tutmuruq. Bu siyahıya Suriya da əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir”, - deyə o qeyd edib.

SOCAR-ın prezidenti bildirib ki, hazırkı şəraitdə tərəfdaşlarımız daha çox qaz həcmlərinə ehtiyac duyurlar, lakin bu təchizatın dayanıqlı və etibarlı şəkildə həyata keçirilməsi də eyni dərəcədə vacibdir. Mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. İndi bizim və tərəfdaşlarımızın qarşısında duran vəzifə istehsal planlarının nəzərdə tutulmuş proqramlara uyğun şəkildə irəliləməsini təmin etməkdir. Bu, regiondakı tərəfdaşlarımıza daha çox qaz həcmlərinin çatdırılmasına imkan verəcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli çıxışında bildirib ki, bp Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi və hasilatın artırılması məqsədilə investisiyalarını davam etdirir.

Cio Kristofoli qeyd edib ki, bp tam elektrikləşdiriləcək yeni qurğunun yaradılmasına 2,9 milyard dollar investisiya yatırır.

“Regionda bu səviyyədə mürəkkəbliyə malik ilk layihələrdən biridir. Mürəkkəb geoloji şəraitdə hasilatın təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni texnologiyalar tətbiq olunur. Texnologiya, investisiya və peşəkar insan resurslarının birləşdirilməsi enerji layihələrinin uğurunun əsas şərtlərindəndir”,- deyə o qeyd edib.

“GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov diqqətə çatdırıb ki, Xəzər regionu olduqca perspektivli bir enerji məkanıdır: “Xüsusilə Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir”.

Asif Zeynalov qeyd edib ki, burada həm ənənəvi, həm qeyri-ənənəvi ehtiyatlar, həm neft, həm qaz, həm də yetkin və kəşfiyyat mərhələsində olan yataqlar mövcuddur. Hələ də qiymətləndirilməmiş çoxsaylı imkanlar qalır. Ölkənin Orta Dəhlizin mərkəzində yerləşməsi logistika və təchizat zəncirləri baxımından mühüm üstünlüklər yaradır. Azərbaycan sabitliyi ilə özünü sübut etmiş bir ölkədir, bu amil investorlar və operatorlar üçün xüsusi cəlbedicilik yaradır. Digər mühüm üstünlük isə mövcud infrastrukturun inkişaf etmiş olmasıdır. Boru kəmərləri sistemi artıq fəaliyyət göstərir və yeni investorlar böyük həcmdə ilkin kapital yatırmadan bu imkanlardan yararlana bilirlər.

“Hesab edirik ki, xüsusilə yetkin yataqlarda hələ də böyük potensial mövcuddur. Müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, kapitalın səmərəli idarə olunması və təşkilati imkanların inkişaf etdirilməsi sayəsində bu potensialı reallaşdırmaq mümkündür. Bu gün Azərbaycana böyük optimizmlə baxırıq. İnanırıq ki, peşəkar idarəetmə və daha sıx əməkdaşlıq vasitəsilə enerji sektorunun növbəti inkişaf mərhələsinə keçmək və əlavə dəyər yaratmaq mümkündür. Mənə görə, əməkdaşlıq gələcək uğurun əsas açarlarından biridir və bu istiqamətdə görüləcək işlər hələ çoxdur”, - deyə baş icraçı direktor əlavə edib.

INPEX-in Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono öz növbəsində bildirib ki, Azərbaycanla tərəfdaşlıq INPEX-in uzunmüddətli enerji strategiyasında mühüm yer tutur.

Onun sözlərinə görə, şirkət fəaliyyətində texnologiyaların tətbiqinə, yerli həllərin inkişafına və enerji sahəsində yeni təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir.

“Azərbaycanla tərəfdaşlığımız vasitəsilə həm enerji keçidinə töhfə verməyə, həm də uzunmüddətli dayanıqlı nəticələr əldə etməyə çalışırıq. Uzunmüddətli uğurun əsas şərtlərindən biri etibarlı tərəfdaşlıqların qurulmasıdır. Enerji keçidinin təşviqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün tərəfdaşlar arasında dialoqun davam etdirilməsi və birgə fəaliyyətin genişləndirilməsi vacibdir”,- deyə Munehiro Hosono bildirib.

SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Steve Gassen qeyd edib ki, SOCAR ilə əməkdaşlıq çərçivəsində rəqəmsal texnologiyaların tətbiqi enerji layihələrinin səmərəliliyinin artırılmasına imkan yaradır.

O bildirib ki, enerji sektorunda ən son rəqəmsal texnologiyaların tətbiqi yataqların daha səmərəli işlənilməsinə və hasilat proseslərinin optimallaşdırılmasına mühüm töhfə verir.

“SLB SOCAR ilə əməkdaşlıq çərçivəsində müxtəlif inkişaf layihələrini dəstəkləyir və bu istiqamətdə innovativ həllərin tətbiqinə xüsusi önəm verir. Tarixən tam işlənilməmiş yataqların inkişafında rəqəmsal texnologiyalar mühüm rol oynayır. Layihələrin yekun investisiya qərarına doğru irəliləməsi ilə yeni imkanlar yaranacaq”,- deyə o bildirib.

“Boston Consulting Group”un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri çıxışında bildirib ki, süni intellekt texnologiyaları enerji sektorunda səmərəliliyin artırılması və proseslərin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradır.

O bildirib ki, enerji sənayesi uzun illərdir qabaqcıl texnologiyalardan və yüksək hesablama imkanlarından istifadə edən sahələrdən biridir.

“Bununla yanaşı, süni intellektin inkişafı sektorda yeni transformasiya mərhələsinin başlanmasına şərait yaradır. Süni intellekt müxtəlif istiqamətlərdə tətbiq oluna bilər və xüsusilə proqnozlaşdırma, qərar qəbuletmə və əməliyyat proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır. Bu texnologiyaların tətbiqi enerji sektorunda innovasiyaların sürətlənməsinə və yeni inkişaf imkanlarının yaranmasına töhfə verəcək”,- deyə o diqqətə çatdırıb.

Energetika nazirinin müavini Elnur Soltanov “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin genişləndirilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

O bildirib ki, enerji səmərəliliyi ilə bağlı proseslərin sürətləndirilməsi üçün dövlət korporasiyaları, özəl şirkətlər və digər qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

“Bu istiqamətdə aparılan müzakirələr və təcrübə mübadiləsi sənaye üzrə yeni yanaşmaların formalaşmasına kömək edə bilər. Əsas məqsəd enerji səmərəliliyi tədbirlərinin praktik tətbiqini genişləndirmək və əldə olunan nəticələri müxtəlif sektorlar üzrə paylaşmaqdır”,- deyə o bildirib.

Elnur Soltanov əlavə edib ki, enerji keçidi prosesinin uğuru bütün maraqlı tərəflərin birgə fəaliyyəti və davamlı əməkdaşlığından asılıdır.

“ESCON Enerji A.Ş.”nin baş icraçı direktoru və EYODER-in rəhbəri Onur Ünlü bildirib ki, Türkiyədə enerji səmərəliliyi sahəsində həyata keçirilən layihələrə yatırılan investisiyaların həcminin artırılması hədəflənir.

O bildirib ki, enerji səmərəliliyi Türkiyə üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə islahatlara 2000-ci illərin əvvəllərindən başlanılıb. Onun sözlərinə görə, 2007-ci ildə qəbul edilən Enerji Səmərəliliyi Qanunu bu sahədə fəaliyyətin genişlənməsinə və müəssisələrdə enerji idarəetmə mexanizmlərinin formalaşmasına təkan verib.

Onur Ünlü qeyd edib ki, hazırda Türkiyə bazarında Energetika Nazirliyi ilə əməkdaşlıq edən onlarla enerji səmərəliliyi xidmətləri göstərən şirkət fəaliyyət göstərir.

“Bu şirkətlər sənaye müəssisələrində enerji istifadəsinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində mühüm rol oynayır. Hazırda enerji səmərəliliyi tətbiqlərinə təxminən 2 milyard dollar investisiya yatırılıb və qarşıdakı dövrdə bu göstəricinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır”,- deyə o əlavə edib.

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı diqqətə çatdırıb ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) artıq sadəcə neft layihəsi deyil, çoxşaxəli enerji platformasıdır.

“Kəşfiyyat fəaliyyətləri vacibdir və hasil olunan ehtiyatların əvəzlənməsi üçün zəruridir. Lakin sənayedə baş verən əsas dəyişiklik mövcud aktivlərdən maksimum səmərə əldə etmək istiqamətindədir. Bunun ən yaxşı nümunələrindən biri “Azəri-Çıraq-Günəşli” layihəsidir. Təkcə dünən AÇG-də qaz layihəsinin uğurla həyata keçirilməsini qeyd etdik. Maraqlıdır ki, AÇG son 30 il ərzində dünyanın ən böyük neft yataqlarından biri kimi tanınıb. Lakin artıq ona yalnız neft yatağı kimi baxmaq düzgün olmazdı. Bu gün AÇG-ni neft və qaz istehsalını özündə birləşdirən strateji enerji infrastrukturu kimi qiymətləndiririk”, - deyə o qeyd edib.

Babək Hüseynov bildirib ki, AÇG kimi yetkin yataqlarda belə, bütün mövcud texnologiyaların artıq tətbiq olunduğunu düşünmək düzgün olmazdı: “Əksinə, hələ böyük potensial mövcuddur. SOCAR olaraq region operatorlarına ünvanladığımız əsas çağırışlardan biri üfüqi və çoxşaxəli quyuların daha geniş tətbiqi idi. Operator tərəfdaşlarımız bu çağırışı qəbul etdilər və ötən il hər iki texnologiya AÇG-də uğurla tətbiq olundu. Artıq AÇG-də üfüqi quyular qazılır və yataq tarixində ilk dəfə çoxşaxəli quyu texnologiyası tətbiq edilib. Bu texnologiyaların əhəmiyyətini nəzərə alsaq, onların yatağın gələcək inkişafı üçün yeni imkanlar açdığı aydın görünür. Daha əvvəl əlçatmaz hesab edilən ehtiyatlara çıxış əldə edilir, hasilat səmərəliliyi artır və yatağın inkişafı üçün tamamilə yeni perspektivlər formalaşır. Bu texnologiyalar AÇG kimi nəhəng yataqların növbəti inkişaf mərhələsinə keçidində mühüm rol oynayacaq”.

“SOCAR Upstream Management International LLC” şirkətinin icraçı direktorunun müşaviri Ayaz Əmirov bildirib ki, yeni texnologiyalar və süni intellektdən istifadə müasir zamanın çağırışıdır və buna hazır olmaq lazımdır. Yeni texnologiyaların geniş sahələrdə tətbiqi üçün ilk növbədə data mərkəzlərin yaradılması lazımdır.

“TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon öz çıxışında bildirib ki, “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq: “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi icra olunur. Üç il əvvəl biz layihənin birinci mərhələsini - erkən hasilat mərhələsini işə saldıq. Bu mərhələnin əsas məqsədi hasilata başlamaq, yatağın davranışını müşahidə etmək və əldə olunan məlumatlar əsasında gələcək inkişaf planlarını formalaşdırmaq idi. Bu gün artıq əminliklə deyə bilərik ki, yatağın davranışı gözləntilərimizə tam uyğun olub”.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Qeyd edək ki, bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alıb.

Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunub. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə ediblər.

 

Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Səfir: Azərbaycan ilə Almaniyanın iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensial var

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq VİDEO

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq VİDEO

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY