Nazir: TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Bu vaxtadək TANAP boru kəməri ilə Türkiyəyə 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
P.Şahbazov qeyd edib ki, layihə üzrə icra edilən işlər isə 99,9 faiz səviyyəsindədir.
Qeyd edək ki, TANAP qaz kəməri keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]
ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər
- 04.09.2026 [23:43]
FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb
- 04.09.2026 [23:34]
ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik
- 04.09.2026 [23:14]
Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil
- 04.09.2026 [23:01]
Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb
- 04.09.2026 [22:59]