İQTİSADİYYAT


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Dell”in İKT sahəsində əməkdaşlığı müzakirə edilib

Bakı, 21 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Dell” şirkətinin İKT sahəsində əməkdaşlığı müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan “Dell” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə R.Quluzadə Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalarının geniş tətbiqi, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı danışıb.

Nazir qeyd edib ki, sahənin inkişafı üzrə görülən işlərin daha effektiv olması məqsədilə dünyanın nüfuzlu İKT şirkətləri ilə sıx əməkdaşlığa xüsusi önəm verilir.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Dell” şirkəti arasında İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, şirkət tərəfindən İKT, innovasiyalar və Data Mərkəzi ilə bağlı ölkəmizdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.