Ötən il Azərbaycanda dizel yanacağının istehsalı 8 faiz artıb
Bakı, 21 yanvar, AZƏRTAC
2019-cu ildə Azərbaycanda 2 milyon 112,8 min ton dizel yanacağı, 1 milyon 161,2 min ton avtomobil benzini, 246,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 591,2 min ton ağ neft, 126,4 min ton yanacaq mazutu, 25,4 min ton sürtkü yağları, 259,9 min ton neft bitumu və 238,3 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 129,2 milyon manat olmaqla əvvəlki illə müqayisədə 3,2 faiz azalıb.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,7 faiz, yanacaq mazutunun istehsalı 18,7 faiz, dizel yanacağının istehsalı 8 faiz artıb.
Avtomobil benzininin istehsalı 2,1 faiz, neft koksunun istehsalı isə 2,3 faiz, ağ neftin istehsalı 4,2 faiz, neft bitumunun istehsalı 10,2 faiz, sürtkü yağlarının istehsalı isə 78,5 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]