“Pekin-2022”: Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb
Bakı, 18 fevral, AZƏRTAC
Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında liderlik edən Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb.
AZƏRTAC xəbər verir ki, hazırda Norveç yığmasının hesabında 15 qızıl, 8 gümüş və 11 bürünc medal var və o, rəqibləri üçün demək olar, əlçatmazdır. Medalların sayına görə ikinci yerdə gedən Almaniya yığması hələlik 10 qızıl, 7 gümüş və 5 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ komandası qərarlaşıb.
Oyunların ev sahibi - Çin idmançıları növbəti yarış günündə uğurla çıxış edərək dördüncü yerə yüksəlib. İndi CXR yığmasının hesabında 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. İlk beşliyi İsveç komandası tamamlayır (7,5,4).
Yarışlarda indiyədək yalnız 28 ölkə medal qazanıb.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.
Olimpiada fevralın 20-də yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [23:05]
"Tvente" - “Qarabağ” oyununda ikinci hissə başlayıb YENİLƏNİB
- 20.08.2026 [21:02]
"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
- 20.08.2026 [21:00]
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında
- 20.08.2026 [18:13]
Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
- 20.08.2026 [17:50]
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib
- 20.08.2026 [17:22]