Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq
Naxçıvan, 20 avqust, AZƏRTAC
Avqustun 21-də 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasında “AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bununla əlaqədar, sabah saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrində, həmçinin 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [17:20]
Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb
- 20.08.2026 [16:38]
Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb
- 20.08.2026 [16:35]
Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir?
- 20.08.2026 [16:22]
Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb
- 20.08.2026 [15:36]
Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı
- 20.08.2026 [15:18]
İki əsrin yadigarı, Qafqazın ən hündür minarəsi - REPORTAJ VİDEO
- 20.08.2026 [14:52]