Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək
Bakı, 20 avqust, AZƏRTAC
Turizm sahəsində kadr hazırlığı həyata keçirən ixtisaslaşmış təhsil müəssisələrinin maddi-texniki bazasının və təhsil infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər planında qeyd olunub.
2026–2029-cu illər ərzində Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin və Mingəçevir Turizm Kollecinin mövcud vəziyyətinin araşdırılması, təhsillə bağlı maddi-texniki bazasının və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması planlaşdırılır.
Həmçinin müəyyən olunmuş təkliflərin həyata keçirilməsi üçün zəruri hüquqi, maliyyə və əmlak məsələlərinin həll edilməsi nəzərdə tutulur.
Nəticədə turizm sahəsində kadr hazırlığı üzrə ixtisaslaşmış təhsil müəssisələrinin təhsillə bağlı maddi-texniki bazasının və infrastrukturunun təkmilləşdirilməsi gözlənilir.
Tədbirin əsas icraçısı Dövlət Turizm Agentliyi, digər icraçısı isə İqtisadiyyat Nazirliyidir.
Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [17:27]
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO
- 20.08.2026 [17:15]
Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək
- 20.08.2026 [16:21]
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir
- 20.08.2026 [16:16]
Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb
- 20.08.2026 [16:10]