Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək
Bakı, 20 avqust, AZƏRTAC
Turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsilinin (“dual təhsil”) tətbiq edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər planında qeyd olunub.
2026–2028-ci illər ərzində peşə təhsili pilləsində ikili peşə təhsilinə ehtiyac olan turizm sahəsindəki ixtisasların siyahısının müəyyən edilməsi və turizm sahəsinə aid ixtisaslar üzrə ikili peşə təhsilinin tətbiqi planlaşdırılır. Bununla bağlı əsas icraçılar Dövlət Turizm Agentliyi və Elm və Təhsil Nazirliyidir.
Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]