Heyvanların identifikasiyası nə üçün vacibdir?
Bakı, 20 avqust, AZƏRTAC
Heyvanların identifikasiyası kənd təsərrüfatında heyvanların fərdi şəkildə tanınması, qeydiyyata alınması və onların hərəkətinin izlənilməsi prosesidir. Bu sistem heyvanların sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və baytarlıq nəzarətinin gücləndirilməsinə mühüm töhfə verir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, heyvanların identifikasiya nəticəsində:
• Yoluxucu xəstəliklərin yayılmasına nəzarət gücləndirilir və riskli heyvanların müəyyənləşdirilməsi asanlaşır;
• Ət və süd kimi heyvan mənşəli məhsulların qida təhlükəsizliyinin təmin olunmasına şərait yaranır;
• Baytarlıq nəzarəti təkmilləşir, heyvanların sağlamlığı ilə bağlı məlumatların daha düzgün və operativ idarə olunması mümkün olur.
“İdentifikasiya sağlam heyvan, təhlükəsiz qida və güclü baytarlıq nəzarəti deməkdir”, - deyə məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [17:32]
Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb
- 20.08.2026 [16:11]
Qırğız nümayəndə heyəti “ASAN xidmət”də
- 20.08.2026 [15:58]
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- 20.08.2026 [15:29]