VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir
Bakı, 20 avqust, AZƏRTAC
Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinə dünyanın 112 ölkəsindən idmançıların müraciəti daxil olub.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, iştirakçı ölkələr arasında Avstraliya, Azərbaycan, Ermənistan, Argentina, Banqladeş, Bəhreyn, Gürcüstan, Hindistan, İndoneziya, İran, İspaniya, Qazaxıstan, Monqolustan, Polşa, Rusiya, ABŞ, Özbəkistan və digər dövlətlər var.
Oyunlarda 3 minə yaxın idmançının iştirakı gözlənilir.
Məlumata görə, idmançıların anketləri VI Dünya Köçəri Oyunlarının idman proqramının keçirilməsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, Oyunların rəsmi internet saytında yerləşdirilmiş elektron akkreditasiya sistemi vasitəsilə daxil olub. Bundan əvvəl Təşkilat Komitəsi 100 ölkəyə Oyunlarda iştirak üçün rəsmi dəvət göndərib.
VI Dünya Köçəri Oyunlarının Əsasnaməsinə əsasən, idman proqramına 42 idman növü daxil edilib. Sənəd qırğız, rus və ingilis dillərində hazırlanıb.
Avqustun 31-də idman nümayəndə heyətləri VI Dünya Köçəri Oyunlarının təntənəli açılışı çərçivəsində ölkələrin paradında iştirak edəcəklər. Komandalar milli geyimdə çıxış etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]