Qırğızıstanda “Juventus Academy” futbol mərkəzinin yaradılması planlaşdırılır
Bakı, 20 avqust, AZƏRTAC
Bişkekdə uşaqlar və gənclər üçün futbol mərkəzinin, İssık-Kul vilayətində isə “Juventus Academy Kyrgyzstan” investisiya layihəsi çərçivəsində beynəlxalq təlim-məşq kompleksinin yaradılması planlaşdırılır.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, layihə çərçivəsində Bişkekdə 3-5 hektar ərazidə idman-təhsil kompleksinin inşa edilməsi nəzərdə tutulur.
Kompleksə futbol meydançaları, qapalı manej və 250-400 şagird üçün nəzərdə tutulmuş təhsil məktəbi daxil olacaq.
Avqustun 20-də Milli İnvestisiyalar Agentliyi rəhbərinin müavini Meerimbek Koyçumanovun başçılığı ilə layihənin həyata keçirilməsinə həsr olunmuş iclas keçirilib.
Görüş zamanı torpaq sahəsinin seçilməsi, layihənin həyata keçirilməsi mexanizmi, həmçinin dövlət qurumları ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Layihənin Qırğızıstanda uşaq-gənclər futbolunun inkişafına, gənc idmançıların hazırlanmasına və yerli məşqçilərin ixtisas səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]