İQTİSADİYYAT


Pərviz Şahbazov: Böyük Britaniya indiyədək Azərbaycana 30 milyard dollardan çox investisiya yatırıb

Pərviz Şahbazov: Böyük Britaniya indiyədək Azərbaycana 30 milyard dollardan çox investisiya yatırıb

Bakı, 20 may, AZƏRTAC

2019-cu ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 34 faiz artaraq 704,6 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ötən il sözügedən göstərici pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35 faiz azalsa da, 2021-ci ildə yenidən artım müşahidə olunur. Belə ki, bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2,5 dəfə artaraq 162,2 milyon dollara çatıb.

Azərbaycanla Böyük Britaniya arasında neft-qaz sahəsində 30 illik uğurlu əməkdaşlığın qlobal enerji sektorunun yeni çağırışlarına uyğun olaraq yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən P.Şahbazov deyib: “Birləşmiş Krallığın indiyədək Azərbaycan iqtisadiyyatına yatırdığı 30,6 milyard dollar investisiyanın 28,8 milyard dolları enerji sektorunun payına düşür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpaolunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərar və irəli sürdüyü vəzifələrin həll edilməsi ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpaolunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.