MƏDƏNİYYƏT


Qala qoruğunda “Sənətkarlıq məhəlləsi” adlı festival açılıb

Bakı, 21 mart, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edirlər.

Bayram tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və “face art” mərasimlərinin təşkili, “Pozitiv kids” studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəsgahı, ləzzətli səməni halvası və s. kimi milli mətbəx nümunələrimizin təqdimatı iştirakçılara xoş ovqat bəxş edib.

Qeyd edək ki, festival günlərində şəhərimizin sakinləri və əcnəbi qonaqların şənlikdə rahat iştirakını təmin etmək məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərir.

Festival iki gün müddətində gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.