“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur
Bakı, 16 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabr ayında keçiriləcək “Qarabağın tarixi-mədəni irsi” respublika elmi konfransına məqalə qəbulu davam edir. Konfrans ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfransda iştirak etmək üçün məruzələr iyunun 1-dək [email protected] və [email protected] e-poçt ünvanlarına göndərilməlidir.
Konfrans Qarabağın maddi-mənəvi irsi, muzeyləri, abidələri və görkəmli ziyalıları, Qarabağ irsinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağda müasir dövrdə aparılan mədəni quruculuq işləri mövzularını əhatə edəcək.
Məruzələrin tərtibatına dair tələblərlə muzeyin saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [11:47]
Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır
- 19.09.2026 [21:06]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]