Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər
Bakı, 21 fevral, AZƏRTAC
Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, şpaqa və sablya üzrə yığma komandamız fevralın 22-də İtaliyanın Foccia şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində yarışacaqlar. İdmançılarımız martın 3-dək davam edəcək qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.