İDMAN
“Şahdağ Turizm Mərkəzi”ndə dağ xizəyi üzrə həvəskarlar arasında yarışa start verilib














Qusar, 18 fevral, AZƏRTAC
Qusarın "Şahdağ Turizm Mərkəzində" dağ xizəyi üzrə həvəskarlar arasında Heydər Əliyev kuboku yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, 500 metr məsafəyə keçirilən yarışda bu gün 6 kateqoriya üzrə 62 nəfər mübarizə aparır.
Xatırladaq ki, ümumilikdə 12 kateqoriya üzrə təşkil olunacaq yarışda bu gün böyüklər - kişilər və qadınlar, sabah isə uşaqlar gücünü sınayacaq.