“Saudi Aramco” neft hasilatını vaxtından əvvəl azaldır

Bakı, 25 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalını vaxtından əvvəl məhdudlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudi Aramco” mayın 1-dən qüvvədə olacaq “OPEC+” sazişindən öncə bu həftənin əvvəlindən neft hasilatını azaltmağa başlayıb. “Aramco” gündəlik hasilatını 12 milyon barreldən 8,5 milyon barrelə endirir. Ehtimal ki, şirkət mayın 1-dən öncə istehsalını sutkada 8,5 milyon barrelə salacaq.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.
“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]