“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
Bakı, 23 avqust, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandasının iki futbolçusu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransada “Lyon” ilə keçiriləcək cavab matçını buraxacaq.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Kərəm Aktürkoğlu və Marko Asensio ötən gün Superliqada “Konyaspor”la oyun (1:0) zamanı zədələniblər.
Aktürkoğlu başından zərbə alaraq beyin silkələnməsi keçirib. Onun müalicəsi davam edir və ən azı 10 gün həkimlərin nəzarətində olacaq. Asensionun isə sol ayağın üst əzələsində gərilmə və dartılma aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb. Onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Lyon” - “Fənərbağça” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]