Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
Paris, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun vitse-prezidenti vəzifəsinə seçki keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [19:20]
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq
- 17.06.2026 [18:42]
Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub
- 17.06.2026 [17:41]
YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir
- 17.06.2026 [15:22]