CƏMİYYƏT


Serbiya mediasında 20 Yanvar faciəsinin 32-ci ildönümü barədə məqalə dərc edilib

Bakı, 21 yanvar, AZƏRTAC

Serbiyanın https://www.danas.rs xəbər saytında 20 Yanvar – Ümumxalq Hüzn Günündən bəhs edən məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadənin təşəbbüsü ilə yayımlanan məqalədə SSRİ rəhbərliyinin yarıtmaz, qərəzli və ermənipərəst mövqeyinin Azərbaycanda xalqın haqlı etirazına səbəb olub, respublikanın ərazi bütövlüyü uğrunda milli azadlıq mübarizəsini gücləndirib.

Qeyd edilib ki, SSRİ rəhbərliyi məhz xalqımızın radikal erməni qüvvələrinin separatizminə etirazını, müstəqillik tələbini boğmaq və əzmkarlığını sarsıtmaq üçün 20 Yanvar qətliamını törədib. Bu məkrli məqsədinə nail olmaq üçün SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını, eləcə də beynəlxalq hüquq normalarını kobudcasına pozmaqdan da çəkinməyib.

Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində təşkil olunan mətbuat konfransında ümummilli lider Heydər Əliyevin bu amansız cinayətə kəskin şəkildə etiraz etdiyi, xalqımıza divan tutulmasına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyi, məhz onun yenidən ölkəmizə rəhbərlik etməyə başlamasından sonra Milli Məclisin hadisələrə siyasi-hüquqi qiymət verdiyi nəzərə çatdırılıb.

“Keçmiş sovet rəhbərliyi bu cinayətə görə birbaşa məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu amansız cinayətin təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz dərin hörmət və minnətdarlıqla Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edirik”, - deyə məqalədə vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.danas.rs/svet/povodom-32-godisnjice-20-januara-azerbejdzan-obelezava-dan-nacionalne-zalosti/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.