Sloveniya qonşu Xorvatiya ilə sərhədləri yenidən bağlamağa hazırlaşır
Lyublyana, 23 iyun, AZƏRTAC
Sloveniya qonşu Xorvatiya ilə sərhədləri yenidən bağlamağa və bu ölkədən gələn şəxslərə qarşı 14 günlük karantin rejimi tətbiq etməyə hazırlaşır. Buna səbəb son günlərdə Xorvatiyadan Sloveniyaya gələn şəxslərdə koronavirusa yoluxma hallarının aşkarlanmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın Səhiyyə naziri Tomaş Qantar təsdiqləyib. Nazir bildirib ki, hazırda Xorvatiya virusla bağlı təhlükəsiz ölkələr siyahısında yer alsa da, onlar qarşıdakı on gün ərzində vəziyyəti yaxından izləyəcəklər. Əgər Xorvatiyada yoluxma halları artmaqda davam edərsə, bu zaman sərhədlərin bağlanmasından başqa çıxış yolu qalmayacaq.
Sloveniya hələ may ayında Xorvatiya ilə sərhədləri açmağa məcbur qalmışdı. Buna səbəb isə Xorvatiyada ikinci yaşayış yerinə malik minlərlə slovenin təzyiqi olmuşdu. Xorvatiyanın dəniz sahilləri həm Sloveniyanın, həm də Avropanın digər ölkələrinin vətəndaşları üçün sevimli istirahət mərkəzləridir. Turistlərin Xorvatiyaya gediş-dönüşdə Sloveniya ərazisindən tranzit kimi istifadə etmələri və infeksiyanın ölkədə yayılması təhlükəsi rəsmi Lyublyana tərəfindən narahatlıqla izlənilir.
Xatırladaq ki, Serbiyada, Bosniya və Herseqovinada yoluxma hallarının artması ilə əlaqədar ötən həftə Sloveniya bu ölkələrlə sərhədlərini yenidən bağlamalı olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:19]
ABŞ-nin neft ehtiyatları azalır
- 08.10.2026 [11:12]
İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]