“Sumqayıt” FK ilk yoxlama oyununda heç-heçə edib
Sumqayıt, 21 iyul, AZƏRTAC
2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” futbol klubu artıq ilk yoxlama oyununda qüvvəsini sınayıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Aleksey Baqanın yetirmələri qardaş ölkənin 1-ci liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib. Bolu bölgəsində “VON Resort Hoteli”nin meydançasında baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda “Sumqayıt” FK-nın qollarını 58-ci dəqiqədə komanda da yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə vurub.