Azərbaycan Dövlət İnformasiya Agentliyi

TAPI qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start verilib

Sərhətabad, 23 fevral, Laçın Sultanova, AZƏRTAC 

Fevralın 23-də Türkmənistan-Əfqanıstan sərhədində - Sərhətabad şəhərində TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinin təməlqoyma mərasimi olub, habelə Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik lifli rabitə xəttinin tikintisinin təməli qoyulub, Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu hadisələrə həsr olunan tədbirdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni, Pakistanın Baş naziri Şahid Hakan Abbasi, Hindistanın xarici işlər üzrə dövlət naziri Muşabar Cavad Akbar, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Asiya İnkişaf Bankının nümayəndələri, TAPI-nın iştirakçı ölkələrinin, Mərkəzi Asiya regionu və digər ölkələrin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qaz xəttinin yeni sahəsinin təməlqoyma mərasimində çıxış edərək bildirib ki, bu boru kəməri müasir qaz nəqliyyatı infrastrukturunda mühüm həlqə olacaq. Türkmənistan bu infrastrukturu modernləşdirir və milli iqtisadiyyatın müxtəlif sahələrinin artan tələbatını, habelə dünyada enerji daşıyıcılarına tələbatı nəzərə alaraq, onu inkişaf etdirir. TAPI enerji təchizatı məsələlərini həll etməyə, minlərlə yeni iş yeri açmağa, regionun enerji təhlükəsizliyi məsələlərinin həllinə imkan yaradacaq. Türkmənistan Prezidenti qaz kəmərinin maliyyələşdirilməsini tamamilə öhdəsinə götürmüş Asiya İnkişaf Bankına xüsusi təşəkkürünü bildirib.

Dəmir yolunun açılan hissəsinin əhəmiyyətindən danışan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu, əmtəə dövriyyəsini dəfələrlə artırmağa imkan verəcək. “Bu yol yükləri Əfqanıstandan dünyanın müxtəlif ölkələrinə çatdırmağa şərait yaradacaq. Əfqanıstan digər nəqliyyat dəhlizlərinə, o cümlədən Xəzər vasitəsilə - Azərbaycan, Gürcüstan və Türkiyədən Avropa bazarlarına çıxa bilər”, - deyən Prezident bu yolu qardaşlıq yolu adlandırıb.

Tədbirdə çıxış edən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni TAPI-nı regionun inkişafı baxımından böyük hadisə adlandıraraq deyib: “TAPI ölkələrimizi birləşdirən dəhlizdir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi layihədir. Bu region tarixən böyük ticarət mərkəzi olub. İndi bizim ölkələrimiz əməkdaşlığın yeni qızıl mərhələsini yaşayırlar”.

Pakistanın Baş naziri Şahid Hakan Abbasi TAPI-nın reallaşdırılmasına görə Türkmənistana minnətdarlığını bildirib. “Bu qaz kəməri Pakistanın 200 milyondan çox əhalisinin 10 faizini təchiz etməyə imkan verəcək”, - deyə Baş nazir bildirib.

Hindistanın xarici işlər üzrə dövlət naziri Muşabar Cavad Akbar bu layihənin əhəmiyyətindən, qaz kəmərinin region ölkələrinin iqtisadiyyatına və əhalisinin sosial inkişafına verəcəyi faydadan danışıb. O, layihənin reallaşdırılmasına görə Türkmənistan tərəfə təşəkkürünü bildirərək deyib: “TAPI xalqlarımızın qardaşlığının, iqtisadi tərəqqidən ibarət olan ümumi məqsədlərimizin rəmzidir”. Dövlət naziri qeyd edib ki, Hindistan iqtisadiyyatı hər il 7 faiz genişlənir, onun xüsusən informasiya texnologiyaları sahəsində böyük perspektivləri var.

Tədbir iştirakçıları telekörpü vasitəsilə TAPI qaz kəmərinin yeni mərhələsinin tikintisinin, Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik lifli rabitə xəttinin tikintisinin təməlqoyma mərasimini və Sərhətabad-Turqundi dəmir yolunun istismara verilməsini izləyiblər. Həmçinin bu layihələrin əhəmiyyəti haqqında xüsusi videoçarx nümayiş etdirilib.

Transmilli TAPI qaz kəməri marşrutu boyunca çəkilən 1840 kilometr uzunluğunda, 500 kilovoltluq elektrikötürmə xətti həm qaz kəmərinin ehtiyacları, həm də region ölkələrinin elektrik enerjisinin təminatı üçün nəzərdə tutulur. Rabitə xətti isə regionun qərbi ilə şərqi, şimalı ilə cənubu arasında telekommunikasiya körpüsü rolunu oynayacaq.

Mərasimdə qeyd olunub ki, dalan yollarla birlikdə 13 kilometr dəmir yolu çəkilib və müasir infrastruktur yaradılıb. Bu dəmir yolu Turqundi stansiyasının ötürücülük qabiliyyətini yüksəltməyə imkan verəcək, onun Əfqanıstanın ticarət dövriyyəsi üçün əhəmiyyətini artıracaq. Bu dəmir yolu xətti Əfqanıstanın öz məhsullarını dünya bazarlarına çıxarması və eləcə də xaricdən lazımi malların gətirilməsi üçün daha münasib vasitə olacaq. Açılmış yolda Əfqanıstanın Turqundi şəhəri istiqamətində 5 sərnişin vaqonundan və neft məhsulları, ərzaq və sənaye malları, tikinti materialları daşıyan 50 yük vaqonundan ibarət qatarların hərəkəti başlanıb.

Xatırladaq ki, Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi ötən ilin sonunda Bakıya səfəri zamanı ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə böyük maraq göstərdiyini və bu marşrutun Əfqanıstandan olan yükdaşımalara böyük imkanlar açdığını bildirmişdi.

Mərasimin sonunda 4 ölkənin energetika nazirləri tərəfindən sənədlər imzalanıb.

Sonra TAPI qaz kəmərinin tikinti işlərinin başlanması mərasimi Əfqanıstan ərazisində - Herat şəhərində davam edib.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. Kəmərin tikintisi və istismarını həyata keçirən “TAPI Pipeline Company Limited” konsorsiumunun səhmlərinin 85 faizi “Türkmənqaz” dövlət konserninə məxsusdur. Əfqanıstan qaz korporasiyası, Pakistanın “Inter State Gas Systems (Private) Limited” və Hindistanın “GAIL” şirkətləri bu konsorsiumda hərəyə 5 faiz paya malikdir. TAPI qaz kəməri Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədinin Fazilka yaşayış məntəqəsinədək uzanacaq. TAPI üçün qaz Türkmənistanın ən böyük yatağı “Qalkınış”dan hasil olunacaq.

Ümumi uzunluğu 1814 kilometrə yaxın olan boru xətti Türkmənistan ərazisindən 214 kilometr, Əfqanıstan ərazisindən 744 kilometr, Pakistandan 826 kilometr keçməklə, Hindistanın Fazilka yaşayış məntəqəsinə çatacaq. Kəmərin illik gücü 33 milyard kubmetr təbii qaz təşkil edəcək.

Avropa İttifaqı TAPI kəmərinin 2020-ci ildə Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Cənub Qaz Dəhlizi ilə birləşdirilməsi məsələsini müzakirə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

Qafqaz Albaniyası: siyasi və elmi şüurun aktual mövzusu

Azərbaycanda ilk dəfə Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Qadınlar Super Liqasında yeni mövsümün püşkü atılıb

Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb

Tarix elmləri doktoru: Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır

Vitse-prezident: SOCAR aparıcı şirkətlər və institutlarla bilik transferi ekosistemi qurur

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir - MÜSAHİBƏ

“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib

Premyer Liqa: Ötən tur “Neftçi”, “Sabah” və “Kəpəz” üçün yubileylərlə əlamətdar olub

“Sumqayıt” iki amerikalı basketbolçu transfer edib

İcraçı direktor: Biz təşkilatlara mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik

Fərid Şəfiyev: Qafqaz Albaniyası irsinin araşdırılması siyasi və elmi əhəmiyyət daşıyan məsələdir

Cəlal Qasımov: “AZEMBA” proqramı Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub

Azərbaycanın şahmat yığmaları Olimpiadada növbəti görüşlərinə çıxırlar

Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi

Rəşad Eyubov: Göstərmək istəyirik ki, gənclər artıq böyük futbolun tələblərinə hazırdırlar - MÜSAHİBƏ

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilir

Tovuzda evlərdən oğurluq edən şəxs saxlanılıb

FHN: Ötən həftə ərzində 442 yanğına çıxış olub, 11 nəfərin meyiti təhvil verilib

“Səhər danışarıq...” – şəhid Hacıəli Qasımovun yarımçıq qalan son sözü

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Bu gün Beynəlxalq Sülh Günüdür

Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb