Tərtərdə bugünədək pambıq əkinləri üçün 3200 hektar sahədə qış şumu aparılıb
Tərtər, 9 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Tərtər pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edir. Bu göstərici ilə Tərtər rayonu pambıqçılıq rayonları arasında ikinci yerdədir.
Tərtərli fermerlər 2021-ci təsərrüfat ilinə də əzmlə başlayıblar. Rayonda 3500 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulur. İndiyədək 3200,28 hektar sahədə qış şumu aparılıb. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC və "Azərpambıq” MMC ilə 3265,81 hektar sahədə pambıq əkilməsi üçün 1063 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Azərbaycanda mövsümi qrip
- [11:30]
Yussuf En-Nesiri “Əl-İttihad”da
- [10:38]
Ən yaşlı paraşütçüsü vəfat edib
- [08:06]
Gənc həkim: Harada bilgi varsa, ona tərəf can atmalıyıq
- 03.02.2026 [23:07]
ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub
- 03.02.2026 [22:21]
Gürcüstan parlamenti ümumi təhsillə bağlı yeni qaydaları təsdiqləyib
- 03.02.2026 [21:31]
Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib
- 03.02.2026 [21:08]
Qətər Sinqapur Özəl Daşınmaz Əmlak Fonduna təsisçi investor kimi qoşulub
- 03.02.2026 [21:03]