DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin orkestri ilk dəfə Moskvada çıxış edəcək
Moskva, 21 may, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin “Armoni” orkestri ilk dəfə Rusiyada çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu il avqustun 23-də Moskvada ənənəvi “Spask qülləsi” hərbi musiqi festivalı açılacaq. Festivalda ilk dəfə Türkiyə Silahlı Qüvvələrinin “Armoni” orkestri iştirak edəcək. Bu barədə festivalın təşkilat komitəsi məlumat yayıb.
“Armoni” orkestri öz tarixini Osmanlı imperiyası dövründən başlayıb. II Sultan Mahmudun fərmanı ilə 1826-cı ildə yaradılmış orkestrin repertuarında dünya klassik musiqisinin nümunələri, milli və xarici marşlar əsas yer tutur. Orkestrə polkovnik Murat İçli rəhbərlik edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva