İQTİSADİYYAT
Türkiyənin Ağac Tingləri İstehsalçıları Birliyi ölkəmizdə tinglərin istehsalçı şirkətləri ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Türkiyədə fəaliyyət göstərən Ağac Tingləri İstehsalçıları Birliyi ölkəmizdə ağac tinglərinin istehsalı ilə məşğul olan şirkətlərlə əməkdaşlıqda maraqlıdır.
Qeyd edək ki, Ağac Tingləri İstehsalçıları Birliyi 40 milyon dollarlıq ixracla dünya tingçiliyində marka olmaq yolunda mühüm addımlar atıb. Türkiyənin Avropa ölkələri, Yaxın Şərq, Amerika qitəsi də daxil bir çox ölkəyə etdiyi ting ixracı hasilatın 40 faizini əhatə edir.