Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO ilə Azərbaycan arasında əlaqələr genişlənir və yeni sahələri əhatə edir

UNESCO ilə Azərbaycan arasında əlaqələr genişlənir və yeni sahələri əhatə edir

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 16-da dünya UNESCO-nun yaranmasının 75-ci ildönümünü qeyd edəcək. 1945-ci ilin məhz həmin günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaradılıb. Londonda keçirilən konfrans dünyanın 37 dövlətinin imzaladığı Nizamnaməni qəbul edib. Onların planına görə, yeni təşkilat bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini təmin etməyə kömək göstərmək və bununla da yeni dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün təsis olunub.

Azərbaycan BMT-nin bu bölməsinə 1992-ci il iyunun 3-də qoşulub. 29 ildən çoxdur ki, UNESCO ilə Azərbaycan arasında əlaqələr getdikcə genişlənir və müxtəlif fəaliyyət sahələrini əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, təbiəti mühafizə və idman sahələrində UNESCO-nun bir çox konvensiyalarına qoşulub.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, filologiya elmləri doktoru Aytən Qəhrəman bildirib.

O qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanması ilə yanaşı, həm də dünya irsinin beynəlxalq səviyyədə müdafiə və mühafizə edilməsinə dəstək verilməsidir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, qurumun fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycan eyni uğurla UNESCO-nun rəsmi tərəfdaşlığı ilə iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul olunan qərara əsasən, Azərbaycan bu mötəbər strukturun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Belə ki, 2019-cu il iyunun 30-da Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Bütün bunlar isə Azərbaycanın dünya irsi obyektlərinin beynəlxalq miqyasda qorunub saxlanması məsələsində xidmətlərinin tanınması və qiymətləndirilməsinin sübutudur.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adının verilməsi ilə Azərbaycan ilə təşkilat arasında əməkdaşlıq daha da intensivləşib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və yaxından diqqəti ilə ölkəmizdə və onun hüdudlarından kənarda maddi və qeyri-maddi mədəni irsin qorunması, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür.

Bir neçə onillikdir ki, UNESCO hər il mədəni, ekoloji və ya tarixi dəyərinə görə populyarlaşdırılmalı və qorunub saxlanılmalı olan təbii və ya süni obyektlərin müəyyənləşdirildiyi toplantılar təşkil edir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Komitəsinin 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 4-cü sessiyasında Heydər Əliyev Fondunun prezidentinin səyləri sayəsində strukturun yekun qərarına əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Bundan əlavə, həmin sessiyada Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq, təşkilatın tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyası zamanı Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin, elminin və incəsənətinin görkəmli şəxsiyyətlərinin beynəlxalq miqyasda tanıdılmasıdır. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Eyni zamanda, Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi qeyd edilib, eləcə də dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və onun həyat yoldaşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş albom və disklər buraxılıb.

2005-ci ildə UNESCO-nun Parisdə mənzil-qərargahında Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ xanəndələri” musiqi albomunun təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xaricdə mədəniyyət abidələrinin qorunmasına yönəlmiş çox mühüm humanitar və mədəni layihələr həyata keçirir.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Versal Sarayının parkında nümayiş etdirilən Ümumdünya İrs Siyahısına daxil edilmiş iki abidənin bərpası buna sübutdur. Parisdəki Luvr Muzeyində İslam sivilizasiyasının memarlıq, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrinin nümayiş olunduğu yeni zalların yaradılmasında da Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondu Fransanın Orne departamentindəki Sen-İler, Ferne-o-Sovaj, Sen-İler-La-Jerar, Tanville, Courjust, Reveyon, Mal yaşayış məntəqəsindəki X-XII əsrlərə aid yeddi kilsənin, 14-cü əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin bərpasına kömək edib.

Fond İtaliya və Vatikanda tarixi-mədəni yerlərin qorunması üçün də bir sıra layihələr həyata keçirib. 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən Kapitoli Muzeyində Müqəddəs Marselino və Pietronun katakombaları, eləcə də “Filosoflar zalı” bərpa edilib. Daha sonra Fond Vatikanda Müqəddəs Sebastyan katakombalarının bərpasına başlayıb. İki il sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün xristian dünyası üçün əvəzsiz mədəni-tarixi əhəmiyyətə malik katakombaların açılış mərasimində iştirak edib.

Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi zamanı dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulmuş, 2011-ci il sentyabrın 29-da isə Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası üçün ianə toplama kampaniyası çərçivəsində, Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin Qəsrinin rəhbərliyinə təqdim edib.

Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tarnovo şəhərində yerləşən “Trapezitsa” memarlıq-muzey qoruğunun bərpasını da qeyd etmək istərdim. Bu memarlıq incisinin və İkinci Bolqar Krallığının mənəvi mərkəzinin bərpasına Heydər Əliyev Fondu mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. Bolqarıstan və Şərqi Avropanın tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib.

Bu layihə, əslində, Fondun bütün Balkan regionunda ən böyük mədəniyyət layihəsidir. 2016-cı il sentyabrın 22-də də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Trapezitsa Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

Bundan əlavə, Fond təhsilə dəstək üçün çoxlu sayda sosial layihələr həyata keçirib, xüsusən Pakistan və Vyetnamda məktəblərin, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə dəstək verib, və s.

Uzun illərdir ki, ölkəmiz istər Azərbaycanda, istərsə də qlobal miqyasda dünya mədəni irsinin bərpasına öz töhfəsini verir və ölkəmizlə UNESCO arasında tərəfdaşlıq əlaqələri daim yüksək səviyyədə inkişaf edir.

Azərbaycanın 44 günlük qalibiyyətli müharibədə qələbəsi regionda yeni reallıqların yaranmasına gətirib çıxardı ki, bu da bəzi siyasi dairələrdə narahatlıq yaradır və bu dairələr yeni vəziyyətlə barışa bilmirlər. Bu kontekstdə UNESCO öz mandatı çərçivəsində obyektiv və qərəzsiz fəaliyyət göstərməli olan hökumətlərarası təşkilat kimi bu nalayiq prosesə qarışıb və siyasi təzyiq vasitəsinə çevrilib.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə dağıdılmış və talan edilmiş mədəni irsin vəziyyəti və taleyi ilə bağlı Azərbaycan dəfələrlə məsələ qaldırmış, onun mühafizəsi üçün tədbirlərin görülməsi və bu ərazilərə missiya göndərilməsi xahişi ilə dəfələrlə UNESCO-ya rəsmi müraciət etmişdir. Təəssüf ki, bu müraciətlərin heç birinə adekvat cavab verilməyib.

1996-cı ildən etibarən rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsin talan edilməsi barədə UNESCO-ya məlumat vermiş, bu mədəni irsin Azərbaycana qaytarılmasını təmin etmək üçün tədbirlər görülməsini xahiş etmişdir.

2005-ci ildə UNESCO-nun 1995-2004-cü illər üçün “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi istiqamətində fəaliyyətə dair hesabatında Azərbaycanın vəziyyətlə bağlı UNESCO Katibliyinə məlumat verdiyi açıq-aydın göstərilib. Hesabatda Ermənistan tərəfindən bu ərazilərdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeyin dağıdılması, habelə qeyri-qanuni ixrac və 40 min muzey eksponatı, nadir sənət inciləri, əlyazmalar, miniatürlər, qiymətli Qarabağ xalçaları, xatirə əşyaları, tarixi bəzək əşyaları, arxeoloji nümunələrin xaricə satışı barədə məlumatlar öz əksini tapıb. Bu hərəkətlər mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və ötürülməsinin qadağan edilməsi və qarşısının alınması haqqında 1970-ci il tarixli UNESCO Konvensiyasına açıq şəkildə ziddir və onu pozur. Təşkilat 2020-ci ildən etibarən 14 noyabr tarixini Mədəni Əmlakın Qeyri-qanuni Ticarətinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Lakin buna baxmayaraq, bu qurumun işinin nəticəsi görünmür.

2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” kitabı hazırlanaraq UNESCO-ya təqdim edilib. Burada ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kimi təqdim edilməsi barədə ətraflı məlumatlar yer alıb.

UNESCO-nun sabiq Baş direktoru Koişiro Matsuura Bakıya səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkilini təklif edib. Baş direktor sonra məsələnin izlənildiyini və missiyanın dəqiq vaxtını deyə bilməyəcəyini qeyd edib.

2016-cı ildə “Multikulturalizm İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Multikulturalizmin əhəmiyyəti və uğurlu Azərbaycan modeli” adlı konfransda geniş auditoriya qarşısında çıxışında Aytən Qəhrəman ölkəmizin işğal olunmuş ərazilərində maddi, mədəni və dini irsin məhv edilməsi faktları barədə ətraflı məlumat verib.

Filologiya elmləri doktoru həmin konfransda Ermənistan tərəfindən Ağdam Cümə məscidindən hərbi məqsədlər üçün istifadə edilməsi barədə məlumatın daxil olduğunu, bununla da beynəlxalq hüququn, o cümlədən Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulduğunu qeyd edib.

2018-ci ilin yanvarında o, UNESCO və konkret olaraq xanım Odri Azule qarşısında təşkilatın işğal olunmuş ərazilərə missiyasının göndərilməsi məsələsini qaldırıb. Bütün bu müddət ərzində beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri barədə mütəmadi olaraq məlumatlandırılıb və təşkilat mədəni irsin qorunması məsələlərinin siyasiləşdirilməsinə yol verməyərək, öz missiyasını müstəqil və obyektiv yerinə yetirməyə çağırılıb.

Bildiyimiz kimi, UNESCO-nun fəaliyyətinin ən mühüm istiqamətlərindən biri həm də ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi, eləcə də bu sahədə konkret proqramların həyata keçirilməsi mandatı mövcuddur.

Beləliklə, 1948-ci il oktyabrın 5-də Fontenbloda (Fransa) UNESCO-nun yardımı ilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Təsis Assambleyası keçirildi. İndi bu İttifaq təbiətin mühafizəsi ilə məşğul olan qlobal təşkilata çevrilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) özünün əsas məqsəd və vəzifələri gələcək üçün əsas təməl kimi təbiətin və xüsusilə biomüxtəlifliyin qorunması, təbii ehtiyatlardan davamlı şəkildə müdrik istifadənin təmin edilməsi, cəmiyyətin biosferin qalan hissəsi ilə ahəngdar inkişafını təmin etməkdir.

Belə ki, məsələn, dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında, həm də Ağdamda Ermənistan qeyri-qanuni arxeoloji qazıntılar apararaq, qiymətli tapıntıları Azərbaycandan kənara çıxarıb. İşğaldan əvvəl bu ərazilər 228 min hektara yaxın meşə ilə örtülmüşdüsə, işğaldan sonra bu illər ərzində 100 min hektar meşə sahəsi yandırılaraq Qarabağın flora və faunasına böyük ziyan vurmuşdur. Meşələrin qırılması və yanğınlar heyvanların yaşayış yerlərini məhv edib. Digər tərəfdən, heç də az əhəmiyyət kəsb etmədən Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçayda qəsdən baş vermiş çirklənmələr ekoloji fəlakət oldu. Onlar ekoloji nəzarətdən kənarda qaldı, uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumat əldə etmək mümkün olmadı. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən edilib ki, bu çaylar Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizi emalı zavodlarının təmizlənməmiş sənaye suları ilə ağır metallarla güclü çirkləndirilib. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Nəticədə bütün dünya Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərin bir daha şahidi oldu.

Qarabağdakı “xristian kilsələri”nin mühafizəsi ilə bağlı ölkəmizə missiya göndərmək arzusunu bildirən UNESCO-nun belə bir ani dirçəlişi təəccüb doğurdu. Beləliklə, UNESCO düzəlməz səhvə yol verdi, onun imicinə və təşkilatın müstəqilliyinə ciddi zərbə vurdu, seçicilik və qərəzlilik ideyasını irəli sürdü.Missiyanın məqsədi qorunmalı olan bir irslə bağlı olmalıdır. Konkret bu arzuya gəldikdə isə qeyd edə bilərik ki, Azərbaycanda təhlükə altında olan hər hansı bir irs mövcud deyildir. Mədəni irsin qorunması ümumbəşəri insan öhdəliyidir və heç bir şəkildə ayrı-seçkiliyə məruz qalmamalı və siyasi məqsədlər üçün istifadə edilməməlidir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyev xarici KİV-lərə 30-dan çox eksklüziv müsahibə verdi, Ermənistanın Azərbaycanın mədəni, tarixi və dini irsinə təcavüzü problemini qaldırdı.

44 günlük müharibənin başa çatması ilə işğaldan azad edilmiş ərazilərə onlarla xarici və yerli KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdən gəlmiş alimlər baş çəkiblər, kütləvi dağıntıların şahidi olublar. Həmin ərazilərdə öz gözləri ilə gördüklərini bütün dünyaya yayıblar. Nüfuzlu beynəlxalq sərgilərdə Qarabağ müharibəsinin nəticələrini, Azərbaycanın şəhər və kəndlərinin erməni işğalçıları tərəfindən işğalı zamanı dağıdıcılığı əks etdirən fotoşəkillər nümayiş etdirilir. Dünya baş verən hadisələrin həqiqətini tanımağa başlayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

“Gotion High-tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

Azərbaycanda qarğıdalı sahələrinin sığortasına başlanılıb

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Roma Papası XIV Leodan

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub