ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin xatirəsi konservatoriyada konsert proqramı ilə anılıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz buraxdığını bildirib. Rektor bütün həyatını xalqına həsr edən Ulu Öndərin musiqiyə bağlı olduğunu, onun əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını deyib.

Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi mərasimdə Əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.