VYANADA DAHİ AZƏRBAYCAN BƏSTƏKARI ÜZEYİR HACIBƏYOVUN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstriyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, Vyana ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları, elm və mədəniyyət xadimləri, Avstriyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Ölməz bəstəkarın “Koroğlu” operasının qəlbləri riqqətə gətirən uvertürası səsləndirildi.
Nazir Əbülfəs Qarayev, Vyana əyalət parlamentinin sədri, professor, xanım Ştubenfall və abidənin müəllifi, xalq rəssamı, akademik Ömər Eldarov mərasim iştirakçılarının alqışları altında dahi bəstəkarın qara qranitdən yonulmuş abidəsinin üzərindən örtüyü götürdülər. Abidənin postamenti üzərində alman və Azərbaycan dillərində aşağıdakı yazı həkk olunmuşdur: “Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov (1885 Şuşa - 1948 Bakı).
Azərbaycan bəstəkarı və dramaturqu, Şərqin musiqili teatrının və konservatoriyasının banisi olmuşdur və həmçinin müsəlman Şərqində operanın əsasını qoymuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə bu abidə ona ehtiram olaraq, 30 may 2006-cı ildə ucaldılmışdır. Müəllif heykəltəraş Ömər Eldarovdur”.
Abidənin önünə Azərbaycan hökuməti adından əklil qoyuldu. Mərasim iştirakçıları heykəlin ətrafına gül-çiçək düzdülər.
Açılışda çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına səmimi təbrikini və Avstriya hökumətinə təşəkkürünü çatdırdı. O, xalqımızın misilsiz, zəngin musiqi mədəniyyəti xəzinəsinə əvəzsiz töhfə vermiş ulu sənətkarımıza dahi Motsartın vətənində abidə ucaldılmasına şərait yaradılmasına görə Avstriya xalqına və dövlətinə dərin ehtiramını və təşəkkürünü ifadə edərək bildirdi ki, yaxın gələcəkdə Bakının meydanlarından birində dahi Avstriya bəstəkarı Motsartın şərəfinə abidə ucaldılacaqdır. Vyanada və Bakıda ucaldılan abidələr mədəniyyət sahəsində Avstriya-Azərbaycan əlaqələrinin yüksək səviyyəsinin rəmzinə çevriləcəkdir. Nazir xüsusilə vurğuladı ki, Üzeyir Hacıbəyovun abidəsinin açılışı Avstriya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın dinamik inkişafını, mədəniyyətlərin qaynayıb-qarışmasını bir daha sübut edən əlamətdar hadisədir.
Təbrik sözü söyləyən Vyana əyalət parlamentinin sədri xanım Ştubenfall dedi ki, bu abidənin Vyanada açılışı Avstriya və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrinin, xüsusilə mənəvi əməkdaşlıq əlaqələrinin gücləndiyini və inkişaf etdiyini göstərir. O, fəxrlə bildirdi ki, yaxın gələcəkdə Vyana kamera teatrı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını tamaşaya qoyacaq və öz repertuarında əbədiləşdirəcəkdir.
Çıxış edənlər Üzeyir Hacıbəyovun doğma xalqının mədəni irsi ilə yaxından bağlılığını, millətini, Vətənini ürəkdən sevən, xalq musiqi qaynaqlarından bəhrələnməklə klassik musiqisi inciləri yaradan dahi sənətkar olduğunu dəfələrlə vurğuladılar.
Abidənin açılış mərasimi Azərbaycan incəsənət ustalarının çıxışları ilə yekunlaşdı. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Qarabağ bülbülləri” ansamblının ifasında “Qarabağ şikəstəsi”, “Heyratı” ritmik muğamları, əməkdar artist, istedadlı qarmonçalan Zakir Mirzəyevin ifa etdiyi Üzeyir bəyin bəstələdiyi rəqsləri, Motsartın “Türk marşı” mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Mərasim başa çatdıqdan sonra iştirakçılar Azərbaycanın Avstriyadakı səfirliyinin Respublika günü münasibətilə təşkil etdiyi ziyafətə toplaşdılar. Burada Azərbaycanın incəsənət ustaları geniş bayram konserti ilə çıxış etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [16:16]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [15:52]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:49]
Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb
- 03.10.2026 [15:32]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 03.10.2026 [15:25]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [15:02]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [14:11]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [14:07]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 03.10.2026 [13:50]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:32]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:12]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
- 03.10.2026 [13:07]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [13:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:04]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [12:01]
Vətən müharibəsinin xronikası: 3 oktyabr
- 03.10.2026 [12:00]