MƏDƏNİYYƏT
Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsinə əsərlərin qəbulu davam edir
Bakı, 18 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vətənpərvərlik mövzusunda ədəbi müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əsərlərin say çoxluğunu nəzərə alaraq, onların qiymətləndirilməsi məqsədilə qısa zamanda Müsabiqə Komissiyasına təqdim edilməsi nəzərdə tutulur.
Müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müsabiqəyə esse və şeirlərin qəbulu noyabrın 25-də, hekayələrin qəbulu isə noyabrın 30-da sona çatacaqdır. İştirakçılar tərəfindən əsərlər aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir: E-mail: [email protected]
Müsabiqə ilə bağlı tanıtım videoçarxını bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/mU6FwU4GP_A