Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin dekabrı

Bakı, 14 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 dekabr. Prezident Heydər Əliyev ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi.

4 dekabr. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda ilk tamaşasına baxdı.

8 dekabr. Azərbaycanın şəhid Milli qəhrəmanları və döyüşçülərinin ailə üzvlərinə orden və medalların təqdim edilməsi mərasimində nitq söylədi.

9 dekabr. “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılış mərasimində çıxış etdi.

10 dekabr. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinə həsr olunmuş yığıncaqda nitq söylədi.

13 dekabr. “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdə iştirak etdi.

16 dekabr. ABŞ Prezidentinin və dövlət katibinin xüsusi müşaviri Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

18 dekabr. İstedadlı şahmatçı uşaqlar - Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədov ilə görüşdü.

19 dekabr. Şair Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş poeziya məclisində iştirak etdi.

24 dekabr. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa təbrik ünvanladı.

31 dekabr. Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi.

X X X

Gərgin iş rejiminə baxmayaraq Prezident Heydər Əliyev teatra da getməyə vaxt tapır, yeni tamaşalara baxır və yaradıcı kollektivlərlə fikirlərini bölüşürdü. Təsadüfi deyildi ki, həmin vaxtlar teatrların repertuarları yeniləşir, zənginləşir, klassik əsərlər yeni quruluşda tamaşaya qoyulurdu. 1998-ci il dekabrın 4-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda ilk tamaşası oldu. Ulu Öndər tamaşaya baxdıqdan sonra yaradıcı kollektivin üzvləri ilə görüşdü. Görüş zamanı səsləndirdiyi fikirlər onun mədəniyyət və incəsənətimizin bilicisi olduğunu, böyük sənətə maraq və sevgisini bir daha təsdiqləyir.

Sitat: Cənnət xanım Səlimova tamaşaya gözəl quruluş veribdir. İndi o, universal rejissor kimi müxtəlif tamaşalara quruluş verir. “Məşədi İbad” tamaşasını çox gözəl göstərdiniz. Düzdür, biz bunun hamısını görmüşük. Məsələn, mən bu tamaşanı Azərbaycan teatrında 40-50 il bundan öncə də görmüşəm. Sonra bunu bizim böyük rejissorumuz Hüseyn Seyidzadə filmə çəkdi. O, çox gözəl filmdir. Ola bilər, film çəkilən vaxt onu yaxşı qiymətləndirə bilmədilər - mənim xatirimdədir, bu, 60-cı illərdə idi. Ancaq indi, zaman keçdikcə bəzən bizim televiziya vaxtaşırı o filmi göstərir. O film göstəriləndə mən böyük həvəslə baxıram. Çox gözəl bir filmdir.

Bilirsiniz, bu əsər ölməz əsərdir. Mən bu gün tamaşaya baxmağa çox həvəslə gəldim. Doğrudur, mənim işim çoxdur. Son zamanlar da ictimai tədbirlər çox olur. Hər axşam bir yerə gedirsən. Mən gecə saat birə qədər respublika əhəmiyyətli işlərlə məşğul oluram. Amma siz bunu görmürsünüz. Bunu nə televiziya, nə teatr, nə də başqası görür. Ona görə də mənim üçün o qədər də asan deyildir. Çünki işim çoxdur. Amma buna baxmayaraq mən bura böyük həvəslə gəldim və bundan da çox razıyam. Nəinki özüm, hətta oğlumla, gəlinimlə birlikdə gəlmişik. Hər halda, Bakıda olan ailə üzvlərimin hamısı buradadır. Təkcə nəvəm evdə qalıbdır. O gələ bilməyibdir. Bura həvəslə gəldim və çox böyük zövq aldım.

Həmin illərdə Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında səfərbər edilməsi, Vətən yolunda şəhid olanların ailələrinə diqqət və qayğı göstərilməsi mühüm məsələlərdən biri kimi qarşıda dayanırdı. Ulu Öndər çıxış və nitqlərində xalqımızın qəhrəmanlıq tarixinə istinad edir, eyni zamanda, Qarabağ müharibəsində fərqlənən Vətən övladlarının fədakarlığını yüksək qiymətləndirirdi. Bunun daha bir bariz nümunəsi 1998-ci il dekabrın 8-də Azərbaycanın şəhid Milli qəhrəmanları və döyüşçülərinin ailə üzvlərinə, habelə bir qrup hərbi qulluqçuya orden və medalların təqdim edilməsi mərasimi oldu.

Heydər Əliyevin mərasimdəki çıxışından: “Müstəqil Azərbaycan dövləti hər bir vətəndaşının xidmətini qiymətləndirir. Əmin ola bilərsiniz ki, heç kəsin xidməti heç vaxt unudulmayacaqdır. İndi Azərbaycanda dövlətçilik də, ordu da möhkəmlənibdir. Ölkəmizin bütün təsisatları da yaranıbdır, o cümlədən Azərbaycanın ali mükafatları olan Milli Qəhrəman nişanları, ordenlər və medallar da yaranıbdır. Biz bununla Azərbaycanın dövlətçiliyini, müstəqilliyini bir daha nümayiş etdiririk. Əminəm ki, bu gün orden və medalları alan əsgərlər, zabitlər, generallar onların xidmətlərinə verilən bu yüksək qiymətə cavab olaraq bundan sonra Vətənə, dövlətə daha da sədaqətlə xidmət edəcəklər və öz vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklər. Vətən yolunda şəhid olanların qəhrəmanlıq nümunələri heç vaxt unudulmayacaqdır. Onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların valideynləri, ailə üzvləri əmin ola bilərlər ki, şəhid ailələrinə diqqət, qayğı dövlət, Azərbaycan Prezidenti tərəfindən daim göstəriləcəkdir. Əmin edirəm ki, bu diqqət, qayğı bundan sonra daha da artacaqdır”.

1998-ci il dekabrın 9-da Bakı mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi. “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpoziumun açılış mərasimində çıxış edən Heydər Əliyev İslam dininin mahiyyəti barədə danışdı, onun mütərəqqi bir din olduğunu, Azərbaycan xalqının tolerantlığını vurğuladı.

Sitat: Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.

Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi, BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşuldu. Bəyannamənin 50 illiyinə həsr olunan yığıncaqda çıxış edən Heydər Əliyev qarşıda duran vəzifələr haqqında danışdı. Qeyd etdi ki, ötən illərdə görülən işlər Azərbaycanda insan hüquqlarının bütün sahələrdə təmin olunması üçün kifayət etməyib. Ulu Öndər bununla əlaqədar müvafiq hakimiyyət orqanlarına tapşırıqlar verdi.

Sitat: İnsan haqlarının qorunmasında hakimiyyət orqanlarının üzərinə çox vəzifə düşür. Təbiidir, hər bir insan cəmiyyətdə həm öz hüquqlarını təmin etməlidir, həm də cəmiyyətdə insan hüquqlarının qorunmasına səylər göstərməlidir. Bu, hər bir Azərbaycan vətəndaşından tələb olunur. Ancaq hakimiyyət orqanları, hakimiyyət orqanlarında vəzifə daşıyan insanlar - Azərbaycan vətəndaşları insan hüquqlarının qorunması və təmin olunması üçün xüsusi məsuliyyət daşıyırlar. Hesab edirəm ki, əgər vəzifəli şəxslər, hakimiyyət orqanlarında çalışan insanlar insan hüquqlarının qorunmasını özlərinin əsas vəzifəsi kimi dərk edə bilsələr, biz bu sahədə çox nailiyyətlər əldə edə bilərik. Mən bu gün Azərbaycanda bütün hakimiyyət orqanlarından, dövlət, hökumət orqanlarında vəzifə daşıyan bütün vətəndaşlardan insan hüquqlarının qorunması ilə əlaqədar üzərinə düşən vəzifələrin yerinə yetirilməsini tələb edirəm. Bəyan edirəm ki, biz bu məsələni həmişə diqqət mərkəzində saxlayacağıq və hər bir vəzifəli şəxsin işini onun bu sahədəki vəzifələrini yerinə yetirməsi ilə qiymətləndirəcəyik.

Heydər Əliyevin Vətəni və xalqı qarşısında ən böyük xidmətlərindən biri azərbaycançılıq ideyasını irəli sürməsi və bunun təşəkkül tapmasına nail olmasıdır. Ulu Öndər milli maraqlarımızın qorunması baxımından müstəsna əhəmiyyət kəsb edən bu ideyanın reallaşması üçün davamlı səylər göstərir, xarici ölkələrə hər səfəri zamanı orada yaşayan soydaşlarımızla görüşürdü. Bu görüşlərdə diasporumuzu milli ideya ətrafında sıx birləşməyə, təşkilatlanmağa səsləyir, məsələni belə qoyurdu: həmvətənlərimiz yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, eyni zamanda, Azərbaycanla sıx əlaqə saxlamalı, doğma Vətəni bir an da unutmamalıdır. Ümummilli Lider Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa növbəti müraciətində bizi qarşıda ciddi mübarizələr gözlədiyini vurğuladı, diasporumuzdan gözləntilərini bir daha dilə gətirdi.

Sitat: XXI əsrin astanasında dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır. Sayca dünyanın ən iri millətləri ilə müqayisə olunan xalqımızı qarşıdan gələn yeni yüzillik və minillikdə ciddi və müqəddəs mübarizələr gözləyir. Biz nəinki təkcə müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmlənməsi və inkişaf etməsi uğrunda, eyni zamanda, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, tarixi haqlarının həyata keçməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini, xalqını sevən hər bir soydaşımız, bu və ya digər tellərlə ölkəmizlə bağlı olan bir şəxs Azərbaycan dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənpərvərlik hissləri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır. Vətənimizin, respublikamızın taleyi hər bir azərbaycanlının taleyinə çevrilməlidir.

Bu fikirlərin səsləndiyi vaxtdan 25 il keçir. Ulu Öndərin arzuladığı kimi, soydaşlarımız müstəqil dövlətimiz ətrafında daha sıx birləşərək milli maraqlarımızı qətiyyətlə müdafiə edirlər. Həmvətənlərimiz qüdrətli Azərbaycan dövlətinin böyük dayaq olduğunu daim hiss edir, bundan güc alırlar. Doğrudan da bu gün Vətənimizin taleyi hər bir azərbaycanlının taleyinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər