Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin oktyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin oktyabrı

Bakı, 17 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1 oktyabr. Prezident Heydər Əliyev Rusiyanın “Lukoyl” neft şirkətinin Bakıdakı yeni ofisinin açılış mərasimində nitq söylədi.

3 oktyabr. Almaniyanın birləşməsinin ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.

7 oktyabr. ABŞ-ın “Motorolla” şirkətinin prezidenti Qreq Tomson və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

8 oktyabr. “Şərq-Qərb” üçüncü Bakı kinofestivalının iştirakçıları ilə görüşdü.

9 oktyabr. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.

10-15 oktyabr. Naxçıvan Muxtar Respublikasında səfərdə oldu.

16 oktyabr. İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

18 oktyabr. Azərbaycana işgüzar səfərə gəlmiş Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşdü.

26 oktyabr. ABŞ dövlət katibinin müavini Stroub Telbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

27 oktyabr. Azərbaycanda səfərdə olan Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşdü.

31 oktyabr. Türkiyəyə işgüzar səfərə yola düşdü.

X X X

Azərbaycan kinosunun istər 1970-1980-ci illərdəki inkişafı, istərsə də müstəqilliyin ilk illərində düşdüyü böhrandan çıxarılaraq dirçəldilməsi Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı ilə bağlıdır. Müstəqillik illərində həyata keçirilən tədbirlər milli kinonun inkişafı ilə yanaşı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsinə də müsbət təsir göstərirdi. Bu baxımdan Azərbaycanda keçirilən kinofestivalları qeyd etmək yerinə düşər. Prezident Heydər Əliyev 1999-cu il oktyabrın 8-də “Şərq-Qərb” üçüncü Bakı kinofestivalının iştirakçıları ilə görüşündə Azərbaycan cəmiyyətinin kinoya göstərdiyi marağın məmnunluq doğurduğunu vurğuladı: “Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar çox şeyə dəlalət edir. Ona dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağı itirməyiblər. Bu həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən mənə çox xoşdur”.

Həmin görüşün iştirakçılarından biri olan rejissor Hocaqulu Narlıyevin (Türkmənistan) Azərbaycan kinosu haqqında söylədiyi fikirlər də diqqət çəkir: “Bu il mənə “Avrasiya” teleforumunda gənc Azərbaycan rejissoruna mükafat təqdim etmək şərəfi nəsib oldu. O, həmin mükafata Sizin gözəl həmyerliniz Rostropoviç haqqında gözəl film çəkdiyi üçün layiq görülmüşdür. Anapada yenicə başa çatmış festivalda sizin daha bir filminiz ssenariyə görə mükafat almışdır. Azərbaycan kinosu dünyada məşhurluq səviyyəsinə yenidən çıxır”.

1999-cu ilin oktyabrı Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi ilə əlamətdar oldu. Ulu Öndər oktyabrın 10-dan 15-dək keçirilən yubiley tədbirlərində iştirak etdi. Həmin günlərdə muxtar respublikada bir sıra mühüm hadisələr yaşandı: Həzrəti Zəhra məscidinin yeni binasının, Kazım Qarabəkir paşa məscidinin açılışları oldu. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusu, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının tədris korpusu, Cəlil Məmmədquluzadənin ev-muzeyi, akademik Zərifə Əliyeva adına poliklinika açıldı. Heydər Əliyev bu tədbirlərin hamısında iştirak etdi. Eləcə də Naxçıvan qarnizonunun “N” saylı hərbi hissəsinə baş çəkdi, muxtar respublikanın 75 illiyinə həsr olunmuş yubiley iclasında nitq söylədi. Atasının məzarını, Mömünə Xatun türbəsini ziyarət etdi.

Oktyabrın 11-də Naxçıvan qarnizonunun “N” saylı hərbi hissəsinə gələn Heydər Əliyev əsgər və zabitlərlə görüşdü, onlara vətənin müdafiəsi kimi bir peşəni seçdikləri üçün ehtiramını bildirdi. Azərbaycan dövlətini, xalqın təhlükəsizliyini, ölkəmizin torpaqlarını qorumağa qadir olan silahlı qüvvələrin mövcudluğunu son illər əldə etdiyimiz ən böyük nailiyyət kimi dəyərləndirdi. Ulu Öndər 1990-1991-ci illərdə Naxçıvanı Ermənistanın təcavüzündən qorumaq üçün həyata keçirilən tədbirləri, sovet ordusu diviziyasının şəxsi heyətinin Naxçıvandan necə çıxarıldığını xatırlatdı: “Mənim xatirimdədir, o vaxtlar - 90-91-ci illərdə, 92-ci ilin avqustuna qədər burada hələ sovet ordusunun hissələri yerləşirdi: 75-ci motoatıcı diviziya. Onun da bir alayı burada yerləşirdi. Mən o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq hələ Azərbaycanda, o cümlədən Naxçıvanda olan hərbi hissələrlə sıx əlaqə saxlayırdım. Çünki bunlar bizə lazım idi. Naxçıvanı Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bu əlaqələr, bu əməkdaşlıq bizə lazım idi. O vaxt da mən buraya gəlmişdim. O, sovet ordusunda ən yüksək göstəricilərə malik olan bir alay idi. 1992-ci ilin yayında, Azərbaycan dövlət müstəqilliyini artıq əldə edəndən sonra Azərbaycan ərazisindəki Rusiya qoşunları, yəni sovet ordusunun hissələri Rusiyanın sərəncamına keçmişdi. Rusiyanın hərbi hissələri Azərbaycanda ilk dəfə Naxçıvandan çıxarıldı. Biz öz əməkdaşlığımızla, apardığımız düzgün siyasətimizlə onlara anlatdıq ki, 75-ci diviziyanın Azərbaycanda qalmasına ehtiyac yoxdur. Onlarla danışıqlar apardıq və mənim danışıqlarım çox ciddi xarakter daşıyırdı. Mən o vaxt Moskvaya, Rusiyanın rəhbərliyinə də müraciət etdim, onlara da anlatdım ki, burada Rusiya diviziyasının qalması mümkün deyildir. Biz xoşluqla, razılıqla həmin diviziyanın, o cümlədən burada yerləşmiş hərbi hissənin şəxsi heyətini buradan çıxardıq. Ancaq nə cür çıxardıq? Danışdıq, buradan ancaq şəxsi heyət çıxdı, öz əşyaları ilə. Bütün silah-sursat, burada yaradılmış hərbi qurğular, diviziyanın burada olan bütün əmlakı Naxçıvan Muxtar Respublikasına təhvil verildi”.

Ulu Öndər muxtar respublikanın 75 illiyinə həsr edilmiş yubiley iclasında Naxçıvanın qədim dövlətçilik tarixindən bəhs edərək buna Atabəylər, Eldəgizlər dövlətini misal göstərdi. Qeyd etdi ki, 100 ildən artıq hökm sürmüş Atabəylər dövlətinin paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır.

Həmin günlərdə Naxçıvanda Kazım Qarabəkir Paşa məscidinin açılışı Azərbaycan-Türkiyə dostluğunun daha bir nümayişi oldu. Heydər Əliyev açılış mərasimindəki nitqində türk ordusunun, xüsusən Kazım Qarabəkir paşanın adının Azərbaycanda, ələlxüsus bu bölgədə məşhur olduğunu, həmişə böyük hörmətlə yad edildiyini vurğulayaraq tarixə qısa ekskurs etdi.

Sitat: Ermənilər buranı öz əllərinə keçirmək istəyirdilər. Ancaq Naxçıvan xalqı öz iradəsini göstərirdi. 1921-ci ildə Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli paşamız Kazım Qarabəkir paşanın imzası var.

Muxtar respublika üçün digər əlamətdar hadisə isə oktyabrın 13-də Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılışı oldu. Tədbirdə çıxış edən Heydər Əliyev filialın yaradılması səbəblərini açıqladı: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas torpağından Ermənistan ərazisi vasitəsilə ayrıdır, blokada şəraitində yaşayır. Amma mən bilirəm ki, hərbi peşəyə yiyələnmək, zabit olmaq istəyən gənclər Naxçıvanda həmişə çox olubdur. Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi...

Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabitlik peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürsək, Naxçıvan xanları Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda 6 general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi.

Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksəkrütbəli çox dəyərli zabitlər çıxıbdır. General Akim Abbasov, yüksəkrütbəli bir çox zabitlər, Sovet İttifaqı qəhrəmanları Abbas Quliyev, Qəzənfər Əkbərov və başqaları. Demək, Naxçıvanda, bu xırda torpaqda tarixən hərbə, hərbi peşəyə çox yüksək həvəs olubdur. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.

Heydər Əliyev Azərbaycanın xarici siyasətində Türkiyə və digər qonşularla yanaşı, Avropa ölkələri ilə də ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirdi. Həmin ölkələrdən biri də Polşa idi. Hələ 1997-ci ilin avqustunda Prezident Heydər Əliyev Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdu. Səfər çərçivəsində Azərbaycan ilə Polşa arasında Dostluq və əməkdaşlıq haqqında bəyannamə və digər sənədlər imzalanmışdı. 1999-cu ilin oktyabrında isə Polşa Prezidentinin Azərbaycana ilk rəsmi səfəri oldu. Prezidentlərin birgə mətbuat konfransında Ulu Öndər bu səfəri yüksək qiymətləndirərək dedi: “Polşa Prezidenti cənab Aleksandr Kvasnevskinin rəsmi səfəri Azərbaycanın həyatında, Polşa-Azərbaycan münasibətlərində mühüm hadisədir. Mən bunu yüksək qiymətləndirir və hesab edirəm ki, bundan sonra biz daha iti sürətlə irəliləyəcəyik”.

Polşa Prezidentinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləyən Heydər Əliyev iki ölkə arasında sıx dostluq münasibətlərindən məmnunluğunu dilə gətirdi. Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk ölkələrdən birinin Polşa olduğunu vurğulayan Ulu Öndər ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, Azərbaycanı daim dəstəklədiyini diqqətə çatdırdı:

Sitat: 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur... Biz Polşa ilə Şimali Atlantika İttifaqı Şurasında, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında fəal əməkdaşlıq edirik. Polşanın nümunəsinin bizim üçün böyük əhəmiyyəti var. Biz onun təcrübəsini, əlbəttə, öyrənirik və mənə elə gəlir ki, bu məsələ barəsində gələcək məsləhətləşmələrimizin bizim üçün böyük əhəmiyyəti olacaqdır.

Qeyd olunan qarşılıqlı səfərlər, imzalanmış sənədlər iki dövlət arasında əlaqələrin daha da genişlənməsinə yol açdı. Zəngin ənənələrə malik olan Azərbaycan-Polşa münasibətləri sonrakı dövrdə də uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib